Sənət təbiətdən sonsuzluğa atılan addımdır. - Cübran.
Silgi istifadə etmədən şəkil çəkilən sənətə həyat deyilir. - Anonim
İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm. - Vinsent van Qoq
Duyğular sənətdə, ağıl elmdə, ruh fəlsəfədə özünü ifadə edir. - Əbu Turxan
Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar. - Lev Tolstoy
Təbiət musiqi mənbəyi, şeir, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. - Həsən Əliyev
Sənət insanın təbiəti, təbiət – Allahın sənətidir. - Beyli
Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. - Haydegger
Sənətkar – Təbiətin aşiqidir: yəni onun həm köləsi, həm ağası. - Rabindranat Taqor
Məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. - Erix Fromm
Sənətkar həqiqətlə gözəlliyi birləşdirməyi bacarmalıdır. - Feyxtvanqer
Qabiliyyət yoxsa sənətçi olmaz, amma çalışmamaqla qabiliyyət heç bir işə yaramaz. - Emil Zolya
Sənət həmsöhbətin susduğu dialoqdur. - Qriqori Landau
Sənətkar insanları öz daxilinə yönəldir və qəlbin hamı üçün ümumi olan sirlərini insanlara açıb göstərir. - Lev Tolstoy
Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır. - Həsən Nail Canat.
Təbiətlə insan qəlbi arasında körpü rolunu oynayan birləşdirici bir aləm də vardır. Bu, ədəbiyyat və incəsənətdir. - Dədə Turxan
Kim özündə yazıçılığa bir qabiliyyət hiss edirsə , deməli, söz musiqisinə, sadəlik sənətinə və sevgi sehrinə malikdir. - Cübran.
Elm, bilik sənətkara ağlın gözləri ilə görünən aləmin üfüqlərini açır. Xudu Məmmədov
Həqiqi sənətkar təkcə “başının ağlı” ilə deyil, həm də “ürəyin ağlı” ilə yaşayır. - Lev Tolstoy
Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir. - Cəfər Cabbarlı
Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə bu ideyanı kətana köçürmək məharətində üzə çıxır. - Dədə Turxan
Hər bir sənət əsəri bütövlüyün və vahidin təcəssümüdür. İki əsər yanaşı olanda bir-birinə kölgə salır. - Dədə Turxan
Sənətçilər həyatdan yanadırlar ölümdən yana yox. - Alber Kamyu.
Sənət xeyirlə şəri fərqləndirmək, yaxşını tanımaq vasitəsidir. - Lev Tolstoy
İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır. - Onore de Balzak
Böyük həqiqət, düşüncə və sənətdir. - Əhməd Hamdi Tanpınar.
İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan. - Çarlz Bukovski
İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır. - Pablo Pikasso
Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir... - Onore de Balzak
Sənətin missiyası ilahi gözəlliyi onun təzahürlərində görə bilməkdir. - Dədə Turxan
Əsl sənət hiss və duyğunu necə yaranıbsa, eləcə – hələ öz təravətini itirmədən, öz bakirəliyində təqdim edir. - Dədə Turxan
Sənətdə təsvir olunan səma deyil, çay deyil, dəniz deyil… Təsvir olunan qəlbin ənginliyidir. - Dədə Turxan
Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. - Dədə Turxan
Elm beyini, sənət ürəyi, din ruhu qidalandırır.- Dədə Turxan
Elm əqlin hafizəsidirsə, sənət hissələrin hafizəsidir. - V.Solouxin
Sınaq-səhv metodu elm üçündür. Sənət əsərləri sınaq-səhv metodu ilə yaradıla bilməz, çünki qəlblərə ünvanlanmışdır. - Dədə Turxan
Hər bir sənət abidəsi canlıdır. Onlar üst-üstə toplansaydı, altda qalanlar nəfəs ala bilməz. - Dədə Turxan
İncəsənət bütövdür, o yalnız Şərqə, yaxud yalnız Qərbə aid ola bilməz. - Uitmen
Həqiqi sənət əsəri qarşısında. zaman acizdir. - A.Serov
Sənətkar ancaq müəyyən bir məqama yüksələrkən yarada bilir. - Dədə Turxan
Elm və sənət qoşa qanaddır. - Xudu Məmmədov
Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. - Viktor Hüqo
Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik. - Samuel Smayls
Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həmbaşa düşür, həm də hiss edir. - Holley
Sənət insanı həm ağıl azlığı, həm də ağıl artıqlığı bəlasından qoruyur. - Xudu Məmmədov
Sənət, ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönür. Lakin gələnlə gedən eyni şey deyil. - Atilla İlhan
Onlar sənət edirlər biz isə duadayıq. - Əhməd Hamdi
Tənqid, ədəbiyyat ve sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. - Aleksandr Puşkin.
Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir. - Əbu Turxan
Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən möcüzə, imdad gözləmə. - İlyas Əfəndiyev
Yazıçı, sənətini böyük edən bu iki vəzifəsini yüklənməlidir; gerçəyi və azadlığı. - Alber Kamyu
Siyasət və sənət dünyanın nizamsızlıqları qarşısında baş qaldırmanın iki ayrı üzüdür. - Alber Kamyu