Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.- Tolstoy
Günəş ölkələri aydınladır, sözlər milləti... - Cəmil Meriç
Söz sədəfdir, fikir – mirvari. - Əbu Turxan.
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.- Nizami Gəncəvi
Səmimiyyət gözlərdən, dürüstlük sözlərdən bəlli olar. - Anonim
Sözün ən gözəli, söyləyənin Doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.- Aristotel
Söz ağızdan çıxmadan öncə 3 qapıdan keçməlidir:
Yaxşılıq, nəzakət və lüzum.- Münir Üstün
Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın. - Ömər Xəyyam
Sözün formasına aludə olanda məna kölgədə qalır. - Əbu Turxan
Söz haqqında aforizmlər
Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. - Aleksandr Pop
Sözü işə çevirmək, işi sözə çevirməkdən qat- qat çətindir. - Maksim Qorki.
İş ilə öyüd verən söz ilə öyüd verəndən yaxşıdır. - Cəlaləddin Rumi
Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil.
Söz həyatın ən böyük silahıdır - V. Korilenko.
Sözlər çoxaldıqca sözün dəyəri, təsiri və doğruluq payı da azalır... - Anonim
Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.- Mövlana
Ürəyi ilə sözü bir olan insanlar dəyəri az bilinən xəzinə kimidir. Qədrini bilin..
Çox pul haramsız, çox söz yalansız olmaz. - Yunus Əmrə
Sözlə bağlı aforizmlər
Deməyə sözü olmayan hamıdan çox danışar.
Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək.- Aleksandr Düm
Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. - Plato
Yanlış üslub doğru sözün cəlladıdır.- Sədi Şirazi
Söz var kəsdirər savaşı,
Söz var kəsər savaşı. - Atalar Sözü
Dеyəcəyi fikri bеynində bişirməmiş dilə gətirməməli, еhtiyаc оlmаdаn sözü təkrаr еtməməli, еhtiyаc üçündən təkrаr lаzım оlduqdа tərəddüd göstərməməli;
Bаşа düşməyən аdаmа incə və üstüörtülü söz dеməməli.
Şairə ilham sözün közünü üfürmək üçün lazımdır. - Əbu Turxan.
Poeziya “ən yaxşı sözlərin ən yaxşı düzümü” deyil, poeziya dilin ali mövcudluq formasıdır.- İosif Brodski.
Poeziya sözlərdə gözəlliyin ritmik yaradılmasıdır. - Edqar Allan Poe
Sözün gücsüz olduğu yerdə musiqi başlayır.- Vaqner
Söz gözəl olursa-olsun nə qədər,
Pis əda o sözü tamam məhv edər.- Nizami Gəncəvi
Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. - Mövlana
Bəzi sevgilər sözlərlə ifadə edilməyəcək qədər böyük və dərindir...
Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın. -Erix Fromm
Əgər bir qadın 'Deyəcək daha sözüm yoxdur' söylərsə, bil ki deyəsi çox sözü olduğundandır.
Əslində biz nə etdiksə özümüz etdik. Çünki kiçik bir əlaqəni eşq, iki söz danışanı özümüzə dost sandıq. - Bob Dilan
Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar. - Əbu Turxan
Söz - iki sonsuzluq arasında bir çırpınış... - Cəmil Meriç
Zaman keçir, amma deyilən söz qalır. - Cəmil Meriç
Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər bir də geri qayıtmır.
Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər. - Lev Tolstoy
Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın. - Əli Şəriəti
Sözlər və düşüncələr bütün dünyanı dəyişə bilər. - The Dead Poets Society