-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Xalq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 

Xalq haqqında aforizmlər,aforizmlər və sözlər,mövzular,Xalq haqqinda,


Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.


Xalqın sədası, haqqın nidasıdır. - Atalar Sözü


Xalq gərək daim öz kökünü xatırlasın. 

- Heydər Əliyev


Ən böyük şəxsiyyətlər özündən çox, mənsub olduğu xalqı Düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.- Mustafa Kamal Atatürk


Bizim iki gücümüz var: Haqq və Xalq. -Bülənt Əcəvit


Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. - Teodor Ruzvelt


Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər. - Özdəmir Asaf


Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. - Ştraus


Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər.

- İ.Kant


Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur. - M.İ.Kalinin


Məni ancaq xalqımın xoşbəxtliyi, onun varlığı maraqlandırır. Xalqımın inkişafı üçün əsil şərt onun tərbiyə və təhsilidir. - Hacı Zeynalabdin Tağıyev


Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.  - Heydər Əliyev


Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

- Heydər Əliyev


Bəzən bir insanı idarə etmək bütöv bir xalqı idarə etməkdən çətin olur. - Vovenarq



Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. - Cübran


Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun. - Fyodor Dostoyevski


O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir.

- Nüayma


Əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır. - Ömər Xəyyam


Elə xalqlar var ki, müdrik adamlarını ancaq dəli qismində yaşada bilir. - Dədə Turxan 


Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur.

- Tomas Vilson


Gücsüz xalqlar Güclü liderlər çıxarır, Güclü xalqlarınsa liderə ehtiyacı yoxdur.. - Emiliano Zapata


Keçmişi olmayan xalqın gələcəyi də yoxdur. - Anonim


Bəzən bir insanı idarə etmək bütöv bir xalqı idarə etməkdən çətin olur. - Vovenarq


Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər.

- Özdəmir Asaf


Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. - Heydər Əliyev


Şərəf və namusunu itirən xalqlar, müstəqillik və azadlıqlarını da itirməyə məhkumdurlar..

>
To Top