Şəkil Altı Sözlər

 

Şəkil Altı Sözlər,profil sözləri,poril şəkli üçün sekil alti sozler

Bir yağış yağsa da, birlikdə islansaq..

Ürəkmidir insana SEV deyən, ya təklikmi?

Həyat ediyimiz seçimlərdən ibarətdirsə mən bu gün xoşbəxtliyi seçirəm.

Bəlkə də mən yağışı sənlə birgə islandığım üçün bu qədər sevirdim..

Bizi biz edən unutmadığımız xatirələrdir.


Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. 

Gözləyə bilənə hər şey öz vaxtında gəlir. 

Tikanda gül bitirən, qışı da bahara çevirər!

Bəzən tək ehtiyacımız bir əl və bizi anlayacaq bir ürəkdir. 

Ən böyük xəzinə, Allah sevgisiylə dolu olan qəlbdir.

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. 

Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər. 

Darıxdım...Deyəcəklərim bu qədərdir. Qısa və dərin..

Və sən gəlməyəli o qədər zaman oldu ki, səndən çox xəyalını sevər oldum. 

Bağışlamaq keçmişi dəyişməz, amma gələcəyin önünü açar..

Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək.

Zaman sürətlə gəlib keçsə də, xatirələr qocalmır.

Qəbrimə doğum yox, ölüm ili yox, Qəbrimə sevdiyim illər yazılsın.

Yol sizi hara aparırsa ora getməyin; yol olmayan yerdən gedin ki, iz buraxın.

Keçmiş xatirələrdə, gələcək isə xəyallarda yaşayır. 

Ömrün gecəsi özü ilə öz çırağını gətirir. 

 Həyatda ola biləcəyiniz ən gözəl yer, bir duanın içidir.

Əsl hünər buludda idi.. hər kəs yağışa şeir yazdı. . 

Xatirələr qocalan beyinlərin söykəndikləri əsadır.

Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir.

Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. 

Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.

İçimdə fırtınalar qopsa belə, mən baharıyam sabahların..Çiçək açaram hər qışdan sonra..

Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar... 

Allah Duaya 3 şəkildə cavab verir;

1. "Bəli" deyər və istədiyini verər
2. "Xeyr" deyər və daha yaxşısını verər
3. "Səbr elə" deyər və ən yaxşısını verər! 


Daha yeni Daha eski