Bala baldan şirindir.- Atalar sözü
Qız uşağı evin yaraşığıdır. - Atalar Sözü
Hər kəsin uşağı özünə şirindir. - Atalar Sözü
Ağıllı uşaq bələkdə özünü göstərər. - Atalar Sözü
Uşaq ağlaya-ağlaya böyüyər. - Atalar Sözü
Uşaq böyüklərindən öyrənər. - Atalar Sözü
Uşaq eldə böyüyər, balıq-göldə. - Atalar Sözü
Uşaq atasından güclüsün bilməz. - Atalar Sözü
Bugünkü uşaq – sabahkı qoçaq. - Atalar Sözü
Varlıya mal əzizdir, kasıba - uşaq. - Atalar Sözü
Qonaq süfrənin yaraşığıdır, uşaq – evin. - Atalar Sözü
Uşağa Aid Atalar Sözləri
Uşağa aid atalar sözləri |
Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin. - Atalar sözü
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı – qonaq. - Atalar Sözü
Körpə südsüz böyüməz, pambıq susuz.- Atalar sözü
Ağlamayan uşağa süd verməzlər. - Atalar Sözü
Sözün düzünü uşaqdan xəbər al. - Atalar Sözü
Adam sözdən, uşaq gözdən. - Atalar Sözü
Malın yiyəsi – uşağın atası. - Atalar Sözü
Böyük nə eyləsə, kiçik onu götürər. - Atalar Sözü
Evdə qonaq olanda uşağa acıqlanmazlar. - Atalar Sözü
Mamaça çox olanda uşaq tərsə gələr. - Atalar Sözü
Bu uşaqlıq deyil, şıltaqlıqdır. - Atalar Sözü
Özgə uşağından oğul olmaz. - Atalar Sözü
Adam qocalanda ikinci dəfə uşaq olur. - Atalar Sözü
Uşaq atadan yox, anadan yetim qalar, uşaq, atasını hamıdan güclü bilər. - Atalar Sözü
Qocalar arasında uşaq aqil olar, uşaqlar arasında qoca - uşaq. - Qaraqalpaq atalar sözü
Bu dünya bizə atalarımızdan qalmadı. Biz onu uşaqlarımızdan borc aldıq. - Hindu atalar sözü