Hərəkət harada, bərəkət orada.
Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.
Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa Səbəbdir.- Məhəmməd Peyğəmbər
Qonaq evə bərəkət, sevinc və dostluq gətirər.- Naməlum
Qonağın ruzisi özündən qabaq gələr. - Atalar Sözü
Çörəyi bölüşmək onu yeməkdən daha ləzzətlidir. - Naməlum
Ömrün bərəkəti yaxşı əməl ilədir. - Atalar Sözü
Dua, ömrün bərəkətini artırar. - Hədis-i Şədif
Bərəkət ondur, onu da düzlük. - Atalar Sözü
Zəhmət çəkməyən bal yeməz. - Atalar Sözü
Bağa bax üzüm olsun, yeməyə üzün olsun. - Atalar Sözü
Özünüz yemədiyinizi yoxsullara yedirməyin. - Mühəmməd peyğəmbər (SƏS)
Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı... - Şeyx Ədabali
Çalışanın çörəyi dadlı, ərincəyin canı. - Atalar Sözü
Halal ye, halal danış. , Atalar Sözü
İsrafın bir növü də nəfsin istədiyi hər bir şeyi yeməkdir.
Sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə. - Atalar Sözü
Haram malın bərəkəti olmaz. - Atalar Sözü
Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürər. - Məhəmməd peyğəmbər
Nemətin qədrini şükr edəndən başqa bir kimsə bilməz və nemətin şükrünü, nemətin qədrini biləndən başqa bir kəs etməz.- İmam Həsən Əskəri
Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır. - Mühəmməd peyğəmbər (SƏS)
Gözlərin həyası, üzün isməti, iffətin zinəti, halal qazancın bərəkəti, səbrin yolu və qəlbin cövhəri əxlaqdır.- Füyuzat jurnalı
Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin. - İmam Həsən Əskəri
O qədər çox yemə ağırlıq etsin, O qədər ac qalma, can əldən getsin. - Sədi Şirazi.
Bir mərd ilə ağı yesən şirindir Yüz namərdlə şəkər yesən dad olmaz. - Aşıq Ələsgər.