Yaxşılığı yaxşılıqla, pisliyi də ədalətlə qarşıla.
Ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir.
Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır.
Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.
Axmağın qəzəbi onun sözlərində, ağıllının qəzəbi onun əməllərində özünü biruzə verir.
Danışmağa dəyər insanlarla danışmazsansa insanları, danışmağa dəyməz insanlarla danışsan sözləri itirərsən. Sən elə biri ol ki nə insanları, nə də sözləri itir.
Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir.
Bir adama yaxşılıq etmək istəyirsənsə, ona balıq vermə balıq tutmağı öyrət.
Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır.
Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir.
Özümüzə edilməsini istəmədiyimiz bir şeyi, başqasına etməməliyik.
Müdrik adam özünə rəva görmədiyi şeyi başqasına da rəva görməz.
Səhvi düzəltməmək ən böyük səhvdir.
Nəcib insan qəzəbi də, mərhəməti də eyni ləyaqətlə qarşılayır.
Öyrətmək iki dəfə öyrənmək deməkdir.
Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim.
Məsləhəti yalnız öz cahilliyini bilib bilik axtarana ver.
Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar.
Ya Rəbb, mənə kitabla dolu bir ev və çiçəklə dolu bir bağça versən yetər.
Gözəllik hər şeyə verilib, amma bunu görmək hər kəsə nəsib olmaz.
Günəşin sənə gəlməyini istəyirsənsə kölgədən çıx.
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Sevdiyiniz peşəni seçin. Beləcə bir gün belə işləmək məcburiyyətində qalmazsınız.
Sükut - heç vaxt xəyanət etməyən böyük dostdur.
Əgər nifrət edirsənsə, deməli sənə qalib gəliblər!
Təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-birindən uzaqdırlar.
Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.
Bəzən biz çox şeyi görür, amma əsas şeyi nəzərdən qaçırırıq.
Həyat həqiqətən sadədir, amma biz onu qarmaqarışıq etməkdə israr edirik.
Mən həqiqəti qarşıma məqsəd qoydum, fəziləti köməkçim etdim, insanlıqda özümə dayaq, incəsənətdə istirahət tapdım.
Unutmaq mümkün olmasaydı, həyat işgəncəyə çevrilərdi.
Dərin olan quyu deyil, qısa olan ipdir.
Dövlətin xəzinəsi ədalətdir.
Çox cəsarətlilik azğınlığa, çox hörmət bəsləmək yaltaqlığa, həddindən artıq sadəlövlük axmaqlığa dəlalət edir.
Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.
Cəmiyyətdə yaxşı ailələrin etdikləri qiymətləndirilib nümunə sayılsa, onların sayı zaman keçdikcə artar.
Dünyada çiçəkləməyən otlar, meyvə verməyən çiçəklər var!
Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər.
Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.
Yalnız ən müdriklərə və ən axmaqlara oxumağı öyrətmək olmur.
Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
Üç şey heç vaxt geri qayıtmır: zaman, söz, imkan. Ona görə də vaxtı itirmə, sözlərini seç, imkanı əldən vermə.