Sponsor 2
Trend Mövzular
Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et. - Özdəmir Asaf
Yeyirdi, içirdi, yatırdı və oyanırdı..Amma yaşamırdı. - Tolstoy
Gənclər bilsə, yaşlılar edə bilsə..
Öz qəlbindən əmin olan, başqasının şübhəsindən narahat olmaz. - Sədi Şirazi
Başqalarını tanıya bilən ağıllı ozünü tanıya bilən ziyalıdır. - Zao Tszi
Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur. - Mövlana
Sevincli olduqda söz vermə.
Kədərli olduqda cavab, qəzəbli olduqda qərar vermə.
Bir kəs acı hiss edirsə, canlıdır. Başqasının acısını hiss edirsə İnsandır!
İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir.
-Nizami Gəncəvi
Eyni duyğunu paylaşan kədərli ruhlar, bir-birləri ilə qarşılaşanda hüzur taparlar..
Qarğalar ötməyə başladıqda, bülbüllər susar.
Səsini deyil, sözünü yüksəlt.
Nəyi axtarırsansa sən O'san.
Susmaq nöqtəsiz bir cümlədir..
Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz. - Abbasqulu ağa Bakıxanov
Axmaqlar ağıllılardan çox az şey öyrənərlər. Amma ağıllılar axmaqlardan çox şey öyrənərlər.. - Campbell
Əsl yetimlər, Ana-Atadan deyil,
elm və əxlaqdan məhrum olanlardır. - Hz. Əli
İnsan, vərdişlərinin uşağıdır. -İbn-i Xəldun
Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var… - Dostoyevski
Zahiri parıltı göz qamaşdırır.
Daxili parıltı gözləri açır. - Dədə Turxan
Qaranlığı söyməkdənsə, işığı yandırın.
Savaşmaq istəyirsənsə, öz cahillyinlə savaş. - Albert Eynşteyn
Kitab oxuyan insanlar daima televizor izləyən insanları idarə edəcək..
Əgər qış, “Bahar mənim qəlbimdədir” desəydi, kim inanardı qışa? - Xəlil Cübran
Bəşəriyyət – əzəliyyətdən əbədiyyətə axan nur çayıdır. - Xəlil Cübran
Günəş ölkələri aydınladır, sözlər milləti... - Cəmil Meriç
Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə. - Tolstoy
Öz adına layiq işlər gör ki, sən,
Axırda utanma xəcalətindən
-Nizami Gəncəvi
Ən böyük əfər savaşmadan qazanılır.
Ən uğurlu rəhbər əmr etmədən idarə edir. - Sun Tzu
Bir ovuc insanın xoşbəxtliyi milyonlarla insanın bədbəxtliyi üzərinə qurulub.
Cəsarəti ilə yaşamayan əsarəti ilə ölər.
Bütün yatmışları oyatmağa bir oyaq belə yetər..
İman – ürəklərdəki oazisdir ki, ora təfəkkürün karvanı heç vaxt çata bilməz.
Ehtirasın hakimiyyəti zəiflədikcə, əqlin meydanı genişlənir. - Dədə Turxan
Bu fani dünyada, bizə əsas həyatdan öyrəndiyimiz təcrübələr qalacaq.
Dünyada ən gözəl şah əsərləri.
Yaratdı zəhmətin cəsur əlləri.
Zəhmətə arxalan, işə güvən sən,.
Budur tərəqqinin yolu əzəldən.
-Məhəmmədhüseyn Şəhriyar