-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Dua Haqqında Sözlər Və Statuslar

bilgideryasi

duaya-aid-sozler-qismet-dua-haqqinda-aforizmler-dua-et-.jpg
 Susmaq 'Ya Səbr' deyə bilməkdir. Elə bir duadır ki, ürəklərdə çalxalanar... - Nəcib Fazil Qısakürək


Xeyirlisi deyə bir söz var. 

Bütün Aminlər, Bütün inşAllahlar, bütün dualar onun içində..


Dərt etmə, Dua et...


Sən mənim göylərə göndərdiyim dualarımın yer üzündəki cavabısan.


Allah-təala duada israr edənləri sevər. - Mühəmməd peyğəmbər


Ümidsizlik yoxdur, çünki dua vardır.

Tələsmək yoxdur, çünki səbr etmək vardır.

Mümkünsüz deyə bir şey yoxdur, çünki Allah vardır.


Ən güclü dua, başqası üçün etdiyimiz duadır.


Dua dildən gələn sözlər deyil, ürəkdən gələn arzu və diləklərdir.


Allah Duaya 3 şəkildə cavab verir; 

1. "Bəli" deyər və istədiyini verər

2. "Xeyr" deyər və daha yaxşısını verər

3. "Səbr elə" deyər və ən yaxşısını verər! 


Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.

 -Mövlana Cəlaləddin Rumi


Həyatda olduğunuz müddətcə, Ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin.

- Əbdülqadir Geylani


Olmadı deyə sızlandığın duaya, gün gələr olmadı deyə şükür edərsən.

- Şəms Təbrizi

>
To Top