-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Dəlilik Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

delilik-haqqinda-aforizmler-deliliye-aid-sozler-deli-deliler-.jpg



 Dəliyə qanun yoxdur. - Atalar sözü


Dəli dostun olunca ağıllı düşmənin olsun. - Atalar sözü


Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir. - Albert Eynşteyn


Nadan başa düşmədiyi hər şey dəlilik zənn edər. - Anonim 


Qəzəb qısamüddətli dəlilikdir. - Latın atalar sözləri


Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər.-  Afrika atalar sözləri


Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.- Bob Marli 


Musiqini duya bilməyənlər, rəqs edənləri dəli sanar... - Nitsşe


İnsan təbiətində ağıllı olmaqdan əlavə dəlilik də vardır. - Frensis Bekon


Hamımız dəli doğuluruq. Amma bəziləri həmişə elə qalır. - Semyuel Bekket


Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.


Bəzən dahinin düşünə bilmədiyini bir dəli düşünür. -  Anonim


Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan.


Bütün dahilər bir az dəlidir. - Aristotel


Müəyyən qədər dəliliyi olmayan dahi dünyaya hələ gəlməmişdir. - Kiçik Seneka


Dərd var insan dahi edir, 

Dərd də var ki insanı dəli edir. - Səbuhi Quluzadə


Hər dəliliyin öz məntiqi olur. - Uilyam Şekspir


İnsan çata bilmədiyi hər şeyin dəlisi, çata bildiyi hər şeyin nankorudur. - Pablo Neruda


Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər. - Camal Sürəyya


Bütün insanlar yeyir və içirlər, ancaq dəlilər sərxoşluq və qarınqululuq edirlər. - Vissarion Belinski


Sərxoşluq könüllü dəlilikdir. - Kiçik Seneka


Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşimançılıq çəkər. Əgər peşiman olmasa, dəliliyi qətidir. - Əli bin Əbu Talib


Eşq bir dəlilikdir. - Uilyam Şekspir.


Qadınmış deyirlər adamı dəli edən. Sən nə desən də, yenə qadındır dəlini də adam edən. - Can Dündar


Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. 


Ağıllı sevgi – həyatın bir hissəsidir,

Dəli sevgi – bütövlükdə həyatı zəbt edir. - Dədə Turxan


Ulduzların hərəkətlərini hesablaya bilərəm amma insanların dəliliklərini yox. - İsaak Nyuton


Bir dəli ağıllı bir insana çox şey öyrədə bilər.

Ancaq ağıllı bir insan bir dəliyə heç nə öyrədə bilməz. - A. N. Whitehead


Birinə görə ədalətli olan şey, digərinə görə haqsızlıqdır; birinə görə gözəl olan, digərinə görə çirkindir; birinə görə müdriklik olan, digərinə görə dəlilikdir. - Ralf Uold Emerson


Elə xalqlar var ki, müdrik adamlarını ancaq dəli qismində yaşada bilir.


İdrakın zirvəsindən dünya dəlixana kimi görünür. - İohann Volfqanq Höte


Daha dərin düşünsək dəli, daha parlaq düşünsək dahi ola bilərik. - Səbuh Quluzadə


Müasir elm adamları aydın düşünmək əvəzinə dərindən düşünürlər. Aydın düşünmək üçün sağlam düşüncəyə malik olmaq lazımdır, dərin düşünməyi isə dəli də bacarır.- Nikola Tesla


Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək. - Aleksandr Pop


İnsanların çoxu fərqli düşünən hər kəsə dəli damğası vurur. Halbuki onları dərk etsəydilər dəli deyil bir dahi olduqlarını anlayardılar.





>
To Top