-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Səhv Haqqında Aforizmlər

bilgideryasi

sehvlere-aid-sozler-sehv-haqqinda-aforizmler-sehv-etmek (1).jpg


 Köynəyin ilk düyməsi səhv düymələnsə digərləri də səhv gedər. 


Səhv yola girdiyində, sürətləndikcə daha da itərsən. - Deni Didro


Səhv eləmək qəbahət deyil, qəbahət onu düzəltməməkdir. - Naməlum


Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır.


Bilmədən səhvə yol verəni bağışlamağa çalışmaq lazımdır.- Sofokl


Etiraf et bağışlan, səhvini qan alqışlan. - Elman Həbib

sehve-aid-sozler-sehvler-haqqinda-aforizmler-sehv-etmek-sehf-sehfler-.jpg


Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona. - Avraam Linkoln


Səhvlərlə dolu bir həyat, heç bir şey etmədən keçirilən bir həyatdan daha şərəflidir. - Corc Bernard Şou


Səhvdən qorxan bir insan heç bir şey edə bilməz. - Avraam Linkoln


Səhv bir fikiri geri almaq onu müdafiə etməkdən daha çox şəxsiyyət tələb edir. - Artur Şopenhauer 


İstəsəniz səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün.  - Doris Lessinq


Qəbahətləri boynuna almamaq, səhvləri etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir. - Blez Paskal


İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz. - Fridrix Nitsşe


Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. - Ezop


Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir. - Corc Soros


Əgər kasıb doğulmusansa bu sənin səhvin deyil, əgər kasıb ölsən bu sənin səhvindir... - Bill Qeyts 


Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir. - Özdəmir Asaf


Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim? - Özdəmir Asaf


Əslində səhv qadın yoxdur. Yalnız tərs istiqamətdən gələn kişi vardır. Çünki eşq kişiyə yaraşar, qadın onsuz da eşqdir. - Can Dündar


Bəlkə də əvvəlcə səhv insanlarla tanış olmasaydıq, doğru insanı tapdığımızda, onların dəyərini anlaya bilməzdik. - Bob Marli


Təcrübə insanların səhvlərinə verdiyi addır. - Oskar Uayld 


Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanıyanda minnətdar olmağın üçün istədi. - Qabriel Qarsia Markes


Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. - Bencamin Franklin


Həyatın ən böyük səhvləri, müvəffəqiyyətə nə qədər yaxınlaşdıqlarını bilməyən insanların imtina etmələrinə görə olar. - Naməlum


Səhv etməkdən qorxmaq, irəliləmənin ölümüdür. - Alfred Norz Vaythed


Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər bədbəxtkən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlar.  - Anton Çexov


İnsanlar səhvlərini ən çox sevincli olduqda deyil  kədərliykən anlar. 


Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir. - Aristotel


Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.. - Mişel De Monten


Səhv anlayanlar tərəfindən söylənilən bir doğrudan daha pis heç bir yalan yoxdur. - Vilyam Ceyms


Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tuturam. - Rene Dekart


Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir. - Volter


Dindəki səhvlər təhlükəli, fəlsəfədəki səhvlərsə yalnız gülüncdür.-  Devid Yum


Səhv etmə imkanı olmasa, azadlığın qiyməti də olmayacaq. - Mahatma Qandi


Səhv siçan dəliyindən keçər, düzgünlük isə qapılara sığmaz. - Corc Bernard Şou


Başqalarının həyatlarından dərs alın. İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır.  - Lev Tolstoy




>
To Top