-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Doğum Haqqında Aforizmlər və Sözlər

bilgideryasi


 
dunyaya-gelmek-heyat-dogum-haqqinda-aforizmler-dogulmaq.jpg

İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. - Viktor Hüqo


İnsan doğulur ki, yaxşılıq eləsin.  - Atalar sözü


Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. - Mark Tven


Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.

- Anri Barbür.


Məhəbbət – bizim ikinci doğuluşumuzdur. - Onore de Balzak


Böyük məhəbbət kiçik qığılcımlardan doğur. - Stendal


Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır. - Çin Atcfalar Sözü


İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. Bir çoxları necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür.



Bu dünyaya nə etməyə gəldiyimi soruşsanız.. Cavabım bu olacaq; həyatımı yüksək səslə yaşamaq üçün buradayam.



Anana əsəbləşərkən bu 2-ni dərhal xatırla:

- Onun səni dünyaya gətirərkən yaşadığı dəhşətli ağrını.

- Bir gün onu axtaracağını.


Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. - Con Lokk


Kişilər azad və bərabər olaraq doğularlar, ancaq daha sonra bəziləri evlənər. - Anton Çexov


İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə birləşməsindən doğulur. - Əbx u Turxan.


Yeni bir millətin doğuşu qadınla başlayar.

Çünki Ana, övladın ilk müəllimidir.

Və onun uşağa öyrətdiklərini, uşaq dünyaya öyrədər. - Malkolm X


Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır.- Fransua de Laroşfuko


Əgər kasıb doğulmusansa bu sənin səhvin deyil, əgər  kasıb ölsən bu sənin səhvindir.


İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. - Volter 


Doğuşdan kor ola bilərsən və ya kar ola bilərsən. Anadangəlmə gözəl və ya çirkin olaplll bilərsən. Gözəl və ya pis doğula bilərsən, hətta zəngin və ya kasıb doğula bilərsən, ancaq doğuşdan xaraktersiz ola bilməzsən. Çünki xaraktersiz olmaq insanın öz seçimidir!- Yusuf Tandoğan



Heç kim kiminsə dərisinin rənginə, keçmişinə ya da dininə nifrət edərək dünyaya gəlmir! İnsanlar nifrət etməyi sonradan öyrənirlər.

Və əgər nifrət etməyi öyrənə biliriksə, sevməyi də öyrənə bilərik.


Yaşayan Varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. - Quatama Budda

>
To Top