-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Sağlamlıq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi
2 dəqiqə oxuma müddəti

 


Sağlamlıq Haqqında Aforizmlər və Sözlər


Tez yatıb taz qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər. - Bencamin Franklin


Xoşbəxtlik yaxşı bir sağlamlıq və pis bir yaddaşdan başqa bir şey deyil. - Albert Şveytser



Zamanın qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanar.- Henri Ford


Fəzilət ruhun sağlamlığı, sağlamlıq bədənin fəzilətidir. - Prudon


Sağlam olmaq, həyat mübarizəsində müvəffəqiyyətin birinci şərtidir. - Əhməd Midhət


Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir. - Lev Tolstoy


Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik. - Məhəmməd peyğəmbər (SƏS)


Sağlam bir dilənçi, xəstə bir kraldan daha xoşbəxtdir.- Artur  Şopenhauer 


İnsanlar əvvəl pul qazanmaq üçün sağlamlıqlarını, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını verərlər.-  İ. V. Höte


Tövsiyə Mövzular

Fəlakət zamanı sağlam düşüncə ən yaxşı rəhbərdir.- Epiktet


Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir.-  Migel de Servantes


Həmişə orijinal olmaq istəyən insan nadir hallarda sağlam bir fikir söyləyə bilir. - Vovenarq


Saxsıdakı bir çiçək belə, yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması sağlam şəkildə böyüməsi üçün yetərlimidir?

- Naşide Gökbudak


Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər.

- Xaqani Şirvani


Sevinc və sağlamlığın yanında güc də olmalıdır. - Ralf Uold Emerson


Məktəblərdə ən azı digər dərslər qədər tərbiyə və vətənpərvərlik üzərində də dayanılmalıdır ki, vətəni cənnətlərə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. - Əbdülfəttah Şahin


Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil.  - İohann Volfqanq Höte


Sağlam uşaqlar yetişdirmək, pozulmuş yetişkinləri düzəltməkdən daha asandır. - Fyodor Dostoyevski


Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. - Ştraus


İnsan nə qədər də qəribədir !?

O var-dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.

O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.

O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış. - Anonim 


>
To Top