-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Darıxmaq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 

Darıxmaq Haqqında Aforizmlər və Sözlər darixmaga aid sozler


İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək! - Can Yücəl


Səndən uzaqda yaşayıb sənin üçün darıxmaq, dənizdə üzüb susuz qalmaq kimidir.


Darıxmaq, sevgiyə susamaqdır...


Darıxdım...Deyəcəklərim bu qədərdir.
Qısa və dərin...  - Camal Sürəyya


Nə gərək var qafiyəli cümlələr qurmağa?


Sus bə ürəyim! Mən də bilirəm darıxdığımı; Sus da bilməsin darıxıldığını.- Özdəmir Asaf

Darıxmaq Haqqında Aforizmlər və Sözlər

Əgər əlini uzadıb toxuna bilmədiyin birisi üçün darıxırsansa, deməli o sənin ürəyinə çoxdan toxunmuşdur!


Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu. Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. - Özdəmir Asaf


Bəzən, sadəcə onun səndə buraxdığı izlər üçün darıxarsan. Hər mahnıda ayrı bir xatirə gizlidir sanki; istəsən də silə bilməzsən. - Turqut Uyar


Və sən gəlməyəli o qədər zaman oldu ki, səndən çox xəyalını sevər oldum. - Abbas Khari 


Beklemek güzeldir dönecekse eğer beklenen. Özlemek güzeldir özlüyorsa eğer özlenen.


Ürəyə kədər və həsrət düşərsə, dilə də səbr və dua düşər. 


Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı nəzakət olar, arzuya səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar.-  Mövlana Cəlaləddin Rumi


Geridə buraxdıqlarımız üçün darıxır, əlimizin altındakından sıxılır, çata bilmədiklərimizə tutuluruq! - Robin Şarma


İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır. - Çarlz Bukovski


Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir. - Özdəmir Asaf


Unutduqlarını xatırla, İtirdinsə, axtar, Darıxdınsa, get tap, İncitdinsə, üzr istə, İncidinsə, bağışla. Çünki həyat çox qısadır. - Anonim

>
To Top