-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Gözləmək Statusları, Gözləməyə Aid Statuslar

bilgideryasi

Gözləmək Statusları, Gözləməyə Aid Statuslar gozlemek haqqinda

 Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, Həyatını özün qur.


Həqiqətən sevənlər, qarşılıq gözləmədən sevərlər.


Gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir.


Özünü çox sıxma, ən gözəl şeylər onları ən az gözlədiyində olar.


Ən böyük sevinclər, heç gözləmədiyin anda bir günəş kimi doğar.  


Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar.


Hər şey gözləməyi bilən insana öz-özlüyündən gələr.


Sevmək sevirəm demək deyil, ürəyində hiss etməkdir. Və eşq yanında olanı sevmək deyil, bəzən gəlməyəcək birini gözləməkdir.


Elə hər kəsi sevməyəcəksən.. "Sevirəm" deməyəcəksən! "Səni sevirəm" deyə bilmək üçün lazım olsa bir ömür gözləyəcəksən. - Can Yücəl


Təkəm.. Çünki hər hansı biriylə yox, gözlədiyimə dəyəcək biriylə davam etməliyəm bu yola.



Xoşbəxtmi olmaq istəyirsən? Kimsədən bir şey gözləmə. 


Əgər başqa insanlardan mənim üçün bir şey etmələrini gözləsəydim heç bir şey edə bilməzdim.


Həyatdan heç nə  gözləməyənlər nə xoşbəxt olub böyük sevinclər yaşayar, nə də ki, heç xəyal qırıqlığına uğramazlar.


Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.


Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir.


Bütün dünyanı gəzib səadət axtardım, – tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş.


Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik.


Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.


Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik.


Yaxşılıq da, pislik də gec-tez adamın özünə qayıdır. Sadəcə pisliyi kimə edibsənsə, ondan gözlə, yaxşılığı - Haqqdan.


Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır.


Bir an gözlə, arxana dön və unutduqlarını xatırla.. İtirdinsə axtar,qırdınsa üzr istə, qırıldınsa bağışla...Çünki həyat çox qısa.


İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər. Qazanan həmişə bəhanə olar.


Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilərsən; İndi başla, indi olduğun yerdən, əlindəkilərlə başla.

>
To Top