-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Səadət Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

seadete-aid-sozler-seadet-haqqinda-aforizmler-sevinc-.jpg

 Həyatda bir sevinc var – sevib sevilmək. - Jorj Sand.


Sevmək və sevilmək necə böyük səadətdir.


Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir. - Ergün Gülər


Uşaq, dünyanın ən böyük səadətidir.

- Fyodor Dostoyevski


İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.-Nazim Hikmət


Dostluq sevinci ikiqat edir, dərdi isə yarı bölür. - Frensis Bekon


Səadət qapını açmasa bu gün,

Kəsmə ümidini ondan büsbütün.

- Nizami Gəncəvi

Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır. - Edit Piaf

Hər kədəri səadət, hər sevinci qəm izlər,

Əsl könül həm qəmi, həm sevinci əzizlər. - Bəxtiyar Vahabzadə


Bütün dünyanı gəzib səadət axtardım, – tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. - Dədə Turxan


Səadət dalınca qaçma, o, sənin özündədir. - Pifaqor 


Xoşbəxtliyin dəyərini onu itirincə anlayarıq.-


Özüylə xoşbəxt olanın, heç kimlə dərdi olmaz.


Yalan ilə qurulan yuvanın səadəti də yalandır. - Füzuli


Sevinc səmimiyyət olan evlərdə yaşayır. - Uilyam Şekspir


Gülə bildiyin qədər xoşbəxtsən. Kədərlənmə, bil ki, ağladığın qədər güləcəksən. Əsla bitdi sanma hər şeyi: Sevdiyin qədər seviləcəksən. - Can Yücəl


İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır. - Dostoyevski


Göz yaşı ağrı-acının sızıltısı, sevincin isə şəbnəmidir!. - Naməlum


Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır. - İohann Volfqanq Höte


Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun baxarıq ki, bizim üçün açılmış olan yeni qapını görmərik.


İstər kral olun, istər kəndli - ən xoşbəxt insan evində səadət tapan insandır.

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa. 

- Nizami Gəncəvi

Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar.

- İbn Sina

Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər.

- Anatol Frans

Ədalət dünyada əlvan gül açsın;

 Səadət günəşi nurunu saçsın.

 - Məmməd Rahim.

>
To Top