Arxadır yurdumuza, eşq olsun ordumuza. - Atalar sözü
Ordun varsa yurdun var. - Atalar sözü
Mənə Türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim. - Napolyon Bonapart
Əsgərdən ilk növbədə dözüm və səbr tələb olunur, cəsarət bundan sonra gəlir. - Napoleon Bonapart
Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur. - Tomas Vilson
Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. - Heydər Əliyev
Ordu torpaqları, kitab könülləri fəth edir. - Əbu Turxan
Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır.
Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır. - Əli bin Əbu Talib
Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, Orduda nizam-intizamın güclənməsi, Ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir. - Heydər Əliyev
Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. - Makedoniyalı İskəndər
Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar. - Napolyon Bonapart
On min əsgər tapmaq bir general tapmaqdan daha asandır. - Yapon atalar sözləri
Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır. - Şarl Lui Monteskyö
Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar. - Yapon Atalar sözü
Söz güllə, söz mərmi, söz qurşun gərək,
Söz millət, söz ordu, söz qoşun gərək. - Zəlimxan Yaqub
Sən ağıl tüfəngini doldur, çaxmaq özü işə düşəcək. - Əmin ər-Reyhani
İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. - Makedoniyalı İskəndər
Haqlı olmaq, haqlı olduğunu bilmək, bir insanı bir ordu içində belə güclü edər. - Əhməd Hamdi Tanpınar
Zamanı çatan bir fikrin gücünə heç ordu da tab gətirə bilməz. - Viktor Hüqo
Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. - Mustafa Kamal Atatürk