Vaxt Haqqında Aforizmlər

 

Vaxt Haqqında Aforizmlər,Vaxt Haqqında Sözlər,Vaxta aid Aforizmlər

Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir. - Bencamin Franklin

Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. -İmam Şafii

Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.- Bencamin Franklin 

Hər bir qənaət nəticə etibarı ilə vaxta qənaətdir. - Karl Marks

Dostluq vaxt aparır, sevinc gətirir.

Dostluq birgə keçirilən vaxtın səmərəsini artırır. - Əbu Turxan

Gözləyə bilənə hər şey öz vaxtında gəlir. - Onore de Balzak

Vaxtından əvvəl ağacdan. qoparılmış meyvə nə qədər saxlasan da yetişməz. - Mövlana

Vaxtsız çiçək açan arzular bar verməz. - Əbu Turxan

Faydasız həyat - vaxtsız ölümə bərabərdir. - İohann Volfqanq Höte

Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. - Kiçik Seneka

Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. - Rəsul Həmzətov

İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq elmidir.  - Lev Tolstoy

Heç nə nə gec olur, nə də tez... Hər şey vaxtında olur. - Konfutsi

Əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansı isə vacib işlərə vaxt ayrılmamışdır.

Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır. - Baltazar Qrasian

Məndən nifrət etdiyini eşitdim. Əgər səni düşünəcək vaxtım olsa, məndə səndən nifrət edərdim. - Bob Dilan

Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. - Jan Jak Russo

Bütün gün işləyən adamın pul qazanmağa vaxtı olmur. - Con Rokfeller

Tək məqsədiniz zəngin olmaqdırsa, siz bu məqsədinizə heç vaxt nail olmayacaqsınız. - Con Rokfeller

Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur. - Əbül Fərəc

Getmək lazımdır bəzən çox yormadan. Daha çox bezdirmədən, əgər vaxtıdırsa ardına belə baxmadan.. - Can Yücəl

Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur. - Qabriel Qarsia Markes

İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir. - Oskar Uayld

Uğura nail olmaq üçün fərqli-fərqli insanlar ilə aktiv ünsiyyət saxlamaqdan ötrü çoxlu boş vaxtın olmalıdır. - Corc Soros

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. - Vovenarq

Vaxt insanın bu dünya və əbədi həyatıdır. Bu həyatın əbədi xoşbəxtlik və ya əbədi əzab içində keçməsi, o vaxtı necə keçirməkdən asılıdır. - İbnul Qayyim al-Cəvziyyə 

İnsan nə qədər də qəribədir !?
O var-dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.
O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.
O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış.

Daha yeni Daha eski