Tamah olan başda ağıl olmaz.
Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir! - Bencamin Franklin
Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir. - Mühəmməd peyğəmbər
Tamah səni qul etməsin. Allah səni azad yaradıb.- İmam Əli
Acgözlük daxili bir boşluğun nəticəsidir.- Erix Fromm
Nəfs instinktdən başlayır, əqldə bitir. - Tur Xander
Tərbiyə – nəfslə, təhsil – biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır. -Viktor Hüqo
Qadın bilməyənə nəfs, bilənə nəfəsdir. - Şəms Təbrizi
Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. - Onore de Balzak
Tamahını azalt hörmətin artsın. - Əfzələddin Xaqani
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.- Əbdülqədir Gilani
Nəfsinin müəllimi vicdanının şagirdi ol. - Platon
Nəfsinin hakimi olan dünyanın ağası olar. - Naməlum
Tamahkara dünyanı da versən, doymaz. - Sədi Şirazi
Acgöz adam dünyaya sahib olsa da, gözü yenə onda-bundadır.
Nəfsdir səni yarı yolda qoyan, yolda qalır nəfsə uyan. - Yunus Əmrə
Diz çök ey nəfs, qabağımda diz çök. - Nəcib Fazil Qısakürək
Ruhun sabitliyi ancaq ağıl ilə nəfsin müvazinəti sayəsində mümkün olur. - Əbu Turxan
Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. - Əbu Turxan
Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. - Ş.Y. Sührəvərdi
Hərislik mərhəmətsizliklə əkizdir, mərhəmətsizlik hərisliyi doğurur. - Əbül Fərəc
Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin. - Əli bin Əbu Talib (İmam Əli)
Bəla insana tamahından gələr. Qənaətdən heç kim ölmədi, hərisliklə də heç kəs padşah olmadı. - Mövlana Cəlaləddin Rumi
Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar. - İmam Əli
Tamahkarlıqla xoşbəxtliyin bir-birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar. - Bencamin Franklin
Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir. - İmam Kazım
Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər. - Nəsirəddin Tusi
Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. - Baltazar Qrasian