-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Səmimiyyət Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

Səmimiyyət elə bir dildir ki, kor da görər, kar da eşidər. - Cəmil Meriç

Səmimiyyət və dostluq ən çətin tapılan nemətdir. - Napoleon Bonapart

Sevinc səmimiyyət olan evlərdə yaşayır. - Uilyam Şekspir

Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın. - Deyl Karnegi

Yaxşı, xeyirxah və səmimi insanı gözlərindən tanımaq olar. - Mark Avreli

Səmimiyyət gözlərdən, dürüstlük sözlərdən bəlli olar. - Naməlum 

Dostluqda dost ilə bir ol, səmimi! 

Bir qabıq içində cüt ləpə kimi. - Əhvədi

Hamı yaxşı bilir ki, bir saatlıq səmimi ünsiyyət insanları on illik adi münasibərlərdən daha çox yaxınlaşdırır.

Hər kəsə qarşı nəzakətli davran, az insana qarşı səmimi ol, onlara da güvənmədən öncə yaxşı düşün.

Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz. - Sokrat

Dürüstlük və səmimiyyət həm kişilərin, həm də qadınların ən yaxşı bəzəyidir. - O.Henri

Uşaqlar çox vaxt böyüklərdən daha ağıllı və daha səmimi olurlar. - Maksim Qorki

Əgər dostluqda həddindən artlq səmimi olsan, dostların rəğbətini itirəcəksən. - Konfutsi

Qadın üçün tam səmimi olmaq, çılpaq gəzməyə bərabərdir. - Stendal

Gülüş hər şeydən əvvəl səmimiyyəti sevir. - Fyodor Dostoyevski

Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır. - Konfutsi

Vicdan təmiz olmayanda səmimi sevinc də yoxdur. - Pyer Büast

İncitdiyin bir insanda səmimiyyət arama.

Səmimi olmayan musiqi yaşamaq qabiliyyətindəm məhrumdur. - Prokofyev

Ağıl möminin səmimi dostudur. - Əli bin Əbu Talib

Zəif xarakterli adamlar səmimi ola bilməzlər. - Fransua de Laroşfuko

Vicdanlı olmaq ədalətli, namuslu, doğruçu, səmimi olmaq deməkdir. - Lüdviq Feyerbax

Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. - Əbdülqədir Gilani

Səmimi olmağı vəd edə bilərəm, tərəfsiz olmağı əsla. - Naməlum

Səmimiyyət ən yaxşı siyasətdir. Yapon atalar sözləri

Şeirlər dünyanın ağlı və ürəyidir və səmimiyyət və təbiilik onları əlaqələndirir. Mikayıl Müşfiq

Şerlə romanın nisbəti bulaqla dənizin nisbəti kimidir. Birinin hikməti səmimiliyində, o birinin hikməti ənginliyindədir. - Əbu Turxan

Təhsilli biri deyiləm, hər hansı bir sahədə peşəkarlığım da yoxdur... Lakin səmimi biriyəm və mənim səmimiyyətim mənim kimliyimdir. - Malkolm X

İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. - Əbu Turxan

Mükəmməl bir həyat istəmirəm.Dürüst insanlar, səmimi Salamlar, ürəkdən gülümsəmələr olsun yetər. -- Ezgin Kılıç

Qısа dа оlsа, nаmuslа, səmimiyyətlə kеçən ömrü, uzun sürən, lаkin еyib və yаlаnlа kеçən şərəfsiz ömürdən üstün tut! - Epiktet


>
To Top