Mənəviyyat Haqqında Aforizmlər və Sözlər







Mənəviyyat həqiqətlərin çiçək açmasıdır. -Viktor Hüqo

Mənəviyyat ürəyin ağlıdır. - Heyne.

Gözəllik gözdən könülə düşən közdür. -Könül Bünyadzadə

Mənəviyyat - çiçəkli bir haqqdır. - Viktor Hüqo

Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir. - Əbu Turxan

Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. - Fəridəddin Əttar

Tənhalıq təkcə kədərin yox, bütün mənəvi halların həmdəmidir. - Cübran

İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir. - Abbasqulu ağa Bakıxanov

Məhəbbət mənəvi kamilliyin həm nəticəsi, həm də şərtidir. - Əbu Turxan

Nikahın qarşıya qoyduğu ideal – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır. - Mahatma Qandi

Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. - Volter.

Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. -Lev Tolstoy

Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. 

Mənəviyyat Haqqında Aforizmlər və Sözlər

Yaxşılıqlarda yarışın və mənəvi qənimətləri əldə etməyə çalışın.

Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. - A.İ.Gertsen

İnsan mənəviyyat üçün yaşamalıdır. · Heydər Əliyev

Ədəbiyyat-xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. - Vissarion Belinski

Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. - N.Q.Çernışevski

Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri səxavətli olsun.

Daxilən gözəl olmağın yolu xaricdəki gözəllikləri duymaq, onlara heyran olmaq və onlara qovuşmaqdır. - Əbu Turxan

Mənəviyyat və əxlaq tarixin ruhudur. - Jozef Juber

Mənəvi dəyər maddi meyarla ölçülə bilməz. - Əbu Turxan

Estetik hissə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil. - Georq Vilhelm Fridrix Hegel

Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir. - Cəfər Cabbarlı

Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir. - Əli bin Əbu Talib

Ağıl az və ya çox – hamıda olur, amma sezginin yolu mənəvi saflaşmadan keçir. - Dədə Turxan

Duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır. - Əbu Turxan

Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır. - Əbu Turxan

Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. - Heydər Əliyev

Tarixi tədqiqatın birinci şərti bu günlə keçmiş arasında mənəvi körpü salmaqdır. - Əbu Turxan

Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. - Oqtay Sinanoğlu

Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun. - Heydər Əliyev

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  - Heydər Əliyevin

İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır. - Əbu Turxan

Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!.. - Əli bəy Hüseynzadə

Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. - Əbu Turxan

Əgər insan dünyanın ahəngini duya bilməsə, təbii gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını da kəşf edə bilməz.- Əbu Turxan

Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir. - Aristotel

Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. - Əbu Turxan

Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir. - Cübran 


Daha yeni Daha eski