Allah doğruya yardı.
Sevgi sönməz atəşdi.
Asta gedən usta gedər.
Gül qönçədə qalmaz, söz – qəlbdə.
Ağlı qısanın, dili uzun olar.
Bulud ağlar, çəmən gülər.
Vaxtın qiyməti puldan bahadır.
Biləyin edə bilmədiyini bilik eləyər.
Hesabı Doğru olanın alnı açıq olar.Dəniz dalğasız, könül sevdasız olmaz.
Qadın bənnadır, kişi fəhlə.
Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.
Məhəbbət və doğruluq məğlub edilməz.
Yalan olmasa doğru yeriməz.
Yaxşılıq açan qapıya, sevgi qonar.
Sözün zahiri zərif, batini lətif olmalıdır.
Ev şamdan işıqlanar, baş – bilikdən.
İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.
Mudrik Atalar Sozleri
Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.
Bir yerdə yeyəndə dadlı olar, bir yerdə işləyəndə şadlıq olar.
Doğru yolun əyrisin bilməyən düzə çatmaz.
Qələm əyri kəsilsə də, doğru yazar.
Müdrik Atalar Sözləri |
Müdrik Atalar Sözləri
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
Pis iş görən şeytanın şagirdidir, Doğrunu bilib danan şeytan özüdür.
Adam adamdır, olmasa da pulu, Heyvan heyvandır, atlas olsa da çulu.
Bıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.
Söz var kəsər savaşı, Söz var kəsdirər başı.
Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik.