-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Qürur haqqında aforizmlər və sözlər

bilgideryasi
qürur haqqında aforizmlər,qurur haqqinda statuslar,qurur haqqinda sozler,qürurlu sözlər,qürura aid sözlər statuslar

 İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar. - Corc Bernard Şou. 

Bu gün qürurlana biləcəyi heç nəyi olmayanlar dünənki xidmətləri ilə lovğalanmağa başlayırlar. - Mark Tulli Siseron.

 Sən, səni sevəni görməyəcək qədər korsansa, o da sənə sevgisini söyləməyəcək qədər qürurludur. - Can Yücəl.

Bəzən hər şeyi unudub, yalnız qucaqlamaq istəyərsən, amma bir şey səni həmişə dayandırar. Adı nədir? qürur.  - Can Yücəl.

Qürur qışqıran yerdə məhəbbət susur. - F.Jerfo.

Getdinmi, böyük gedəcəksən. ayrılıq belə qürur duyacaq səninlə . .  - Can Yücəl.

Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. - Əbu Turxan.

Nadanlıq qürurla birləşdikdə təhlükəli olur. -Aristotel 

Hər bir başçı qəlbinin dərinliyində qürurla yanaşı, həm də bir yetimlik duyğusu yaşayır: hamıya böyüklük etsə də, özü böyüksüz qalır.

Qaranlıqda yeganə işıq mənbəyi olmaq qürur verir, daha güclü işığın içərisinə düşmək – sevinc.- Əbu Turxan.

Şöhrətpərəstlik insanı boşboğaz, qürur isə dinməz edir.  - Artur Şopenhauer.

Qürur haqqında aforizmlər və sözlər

Pulunu itirdin, heç bir şey itirmədin. Çalışıb qazanarsan. qürurunu itirdin, çox şey itirdin, amma onu da çalışıb qazana bilərsən. Lakin ümidini itirsən, həyatdakı hər şeyini itirərsən.-İohann Volfqanq Höte

 Malını itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itirmişdir. .-İohann Volfqanq Höte

Sevgi haqqında söz olduqda, qadınlar qürur haqqında düşünmürlər. qürur-qadınların dilindən düşməyən, amma hərəkət və işlərində heç vaxt görsənməyən bir şeydir. -Aqata Kristi 

Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır. -Mişel de Monten

Özünü dost tutan lağlağılar var,
Onlar kənizlərdə qürur doğurar.
O dost ki, hər işi yalnız tuzaqdır,
Bəzəkli-büzəkli bir mancanaqdır. - Nizami Gəncəvi

Müvəffəqiyyətlərdə qüruru məğlub etmək, fəlakətlərdə ümidsizliyə müqavimət göstərmək lazımdır.- Atatürk

Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. - Atatürk

Digər insanlar öz səhvlərindən utanırlar. Mənim üçün isə şəxsi səhvlərimi dərk etmək - qürur mənbəyidir.- Corc Soros

İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək.  -Aliya İzzetbeqoviç

 Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər. - Çarlz Bukovski.

Bənzər sözlər:

Axtarış sözləri: qürur haqqında aforizmlər,qurur haqqinda statuslar,qurur haqqinda sozler,qürurlu sözlər,qürura aid sözlər statuslar

>
To Top