-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Yeni İl şeirləri uşaqlar üçün

bilgideryasi

Bir-birindən gözəl 6 yeni il şeiri (uşaqlar üçün)
şaxta baba şeiri,yeni il seiri usaqlar ucun,yeni il seiri,saxta baba seiri,yeni il şeirləri uşaqlar üçün


1)   YENİ İLİNİZ MÜBARƏK! ŞEİRİ

Müəllif: Gülzar İbrahimova


Yeni ildə uşaqlar

Böyük yolka qurdular,

Yolkanın ətrafında

Çaldılar, oynadılar,

***

Şaxta baba hamıya

Çoxlu hədiyyə verdi,

Uşaqları  bax belə,

O sevdi, əzizlədi:

***

«Mənim əziz balalarım,

Qardan təmiz balalarım,

Gəlin, birlikdə deyək,

Yeni iliniz mübarək!



2) ŞƏN YOLKA ŞEİRİ

Müəllif:  Tofiq Mütəllibov

Geyinmisən al-əlvan

Budaqların çırağban.

Dövrə vurub qız-oğlan

Nəğmə deyir şən-yolka

Sən nə gözəlsən yolka.

Dildə gəzir sorağın

Bəzənib hər budağın

Şaxta baba qonağın

Olmuş sənin şən yolka

Sən nə gözəlsən yolka.

Çölü meşəni bəzə

Düzləri gəzə-gəzə

Hər il qonaq gəl bizə

Ürək açan şən yolka

Sən nə gözəlsən yolka.

 




3) ŞAXTA BABA ŞEİRİ

Müəllif:  Xanımana Əlibəyli.


Gəl bu xoşbəxt elimizi,

Təbrik elə, bir-birimizi,

Təzə gələn ilimizi

Şaxta baba, şaxta baba

 

 

Saçların ağ, saqqalın ağ,

Hansı evə getsən qonaq,

Hörmət edər hər bir uşaq

Şaxta baba, şaxta baba.

 

Yeni il şeirləri uşaqlar üçün

4)  ŞAXTA BABA ŞEİRİ

Müəllif:  Rafiq Yusifoğlu


Yolkamızın üstündə 

Yenə yandı işıqlar. 

Hardasan, Şaxta baba, 

Yol gözləyir uşaqlar.


Zirvələrdən enib gəl, 

Dərələrdən keçib gəl. 

Yamaclara, çöllərə 

Dümağ libas biçib gəl.


Gözündə ulduz gətir, 

Nəfəsində buz gətir. 

Saçlarında dümağ qar, 

Dilində xoş söz gətir


5) TƏZƏ İL ŞEİRİ

Müəllif:  Naməlum


Təzə il, ay təzə il,

Gəlməyəsən gözə il,

Uğurlu qədəminlə,

Ömrümüzü bəzə il.

Kaman gətrir, saz gətirir,

Şirin dil, avaz gətirir,

Dön zəfərlər ilinə,

Ürəklərə yaz gətir.


6) YENI IL ŞEİRİ

Müəllif: Zeynal Xəlil



Əsir qışın küləyi

Küçələrdə soyuq, qar,

Oynayırlar qar topu

Dəstə – dəstə uşaqlar.


Bağçalarda dəydikcə

Soyuq qışın sazağı,

Alma kimi qızarır

Körpələrin yanağı.


Böyük yolka qurulub

Meydançada bax yenə.

Nəğmə deyir uşaqlar

Gözəl qışa, Vətənə,


Yox, yox! Gəlin hələ siz

Bəzəklərə baxın bir,

Bu sayrışan işıqlar

Bir – birindən gözəldir!


Əlində böyük əsa,

Başında da qar papaq

Şaxta baba yenə də

Bizlərə gəlmiş qonaq,


Uşaqlarla o, yenə

Gözlərində məhəbbət

Bəzən də edir söhbət,

O, söyləyir: – Uşaqlar,


Oynayın qəşəng – qəşəng;

Sizin yeni iliniz

Görüm olsun mübarək!

Sevin dərsi, zəhməti,


Sadiq olun yoldaşa;

Sevin аnа Vətəni,

Ziynət verin hər daşa.

Daha gözəl olacaq

Xalqımızın həyatı!.

  

 Axtarış sözləri:yolka şeiri,yeni il seiri usaqlar ucun,yeni il seiri,saxta baba seiri,yeni il şeirləri,yeni il seirleri,şaxta baba şeiri,

Oxşar şeirlər:

Uşaq Şeirləri | Uşaqlar üçün şeirlər

Yeni İl Şeirləri, Yeni İlə Aid Şeirlər


 

 




 






 

>
To Top