Məktəb dərsləri haqqında
Bugünün dərsini sabaha qoyma. - Müəllimlər sözü
Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. - Konfutsi.
Məktəb həyatı bitdikdən sonra, həyat məktəbi başlar.
Tarixdə baş verənlərdən dərs götürmək, tarix dərslərindən daha önəmlidir. - Oldos Haksli
Öyrənməyə həmişə hazıram, lakin mənə dərs verilməsindən heç də həmişə xoşlanmıram.- Uinston Çörçill
Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir. - Fridrix Nitsşe.
Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər. - I Xosrov Ənuşirəvan
Həyat Dərsləri haqqında
Həyat, çox müdrik bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. - T.Fontane
Təcrübə, səhvlərdən aldığımız dəyərli həyat dərsləridir. - Anonim
Eldən dərs alan Loğman olar. - Atalar sözü
Səhv etdikdə sızlamaq yerinə, onlardan dərs alın.
Həyat elə bir məktəbdir ki, öncə imtahan edər, sonra dərs..
Həyat universiteti diplom verməyən bir universitetdir. Hər gün dərs alınacaq o qədər çox inkişaflar olur ki! Bunlardan hamımız istifadə etməliyik. - Vəhbi Qoç
İnsanın sözü hikmət, baxışı ibrət və susması dərs olmalıdır.
Ac mədə, boş pul kisəsi və sınıq qəlb sənə həyatın ən yaxşı dərslərini öyrədə bilər.
Keçmişindən dərs almayan, onu təkrar yaşamağa məhkumdur.
Keçmişin dərslərini, gələcəyin ümidlərini indidə saxlayın. Dərdləri və qorxuları isə yola salın... - Səbuhi Quluzadə
Tarixdən dərs almayanlar mütləq uğursuzluğa düçar olacaqlar.
Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.- Jan de Labrüyer
İnsanlar təcrübələri nisbətində deyil, təcrübələrindən aldıqları dərslər nisbətində yetkindir. Corc
Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün. - Corc Bernard Şou
Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. - Baltazar Qrasian
Gözləmək. Sevginin mənə öyrətdiyi ilk dərs. Günlər çox ləng keçir, biz minlərlə plan qururuq, xəyali söhbətlər edirik, özümüzə söz veririk ki, bu cür və bu cür vəziyyətlərdə özümüzü tamam fərqli aparaq - heç cür rahatlıq bilmirik, sevgilimizin gələcəyi anı səbirsizliklə gözləyirik.
Başqalarının həyatlarından dərs alın.İnsan bütün səhvləri özü edəcək qədər uzun yaşamır. - L.Tolstoy
O xalqlar tarixdə daha düzgün mövqe tuta bilir ki, onlar başqalarının tarixindən də dərs almağı bacarırlar. Bu dərs isə təkcə tarixi salnamələr vasitəsilə deyil, daha çox dərəcədə bədii ədəbiyyat vasitəsilə mənimsənilir. - Nüaymə