-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

İş Haqqında Atalar Sözləri

bilgideryasi

İş Haqqında Atalar Sözləri ,İşə Aid Atalar Sözləri , is haqqinda atalar sozleri, ise aid atalar sozleri

 İş insanın cövhəridir.

Sözlə yox, işlə göstər.

Sözün ilə işin bir olsun.

Adamı işi ilə tanıyarlar.

Qocadan demək, Cavandan əmək.

Aslan dişinə, kişi işinə güvənər.

Ağıllı işinə baxar, dəli dişinə.

Böyük insan işindən tanınar.

Hər bir adam işi ilə tanınar.

Atın gücü yerişi, mərdin ərliyi işi.

Zəhməti sevən işdən doymaz.

Səhərin işini səhər gör.

Axşamın işini sabaha qoyma.

,ise aid atalar sozleri,İşə Aid Atalar Sözləri,is haqqinda atalar sozleri,

İş Haqqında Atalar Sözləri 


Xeyir işə yaxın ol, şər işdən saqın.

Bir işi başlamağa çalış, özü qurtarar.

Sən işi buraxmasan, iş səni buraxmaz.

İşçi işdə gərək! (İş yiyəsi işdə gərək!)

İşlə – dişlə.

Yeməyə kömək, işləməyə də kömək.

Birinin əli, o birinin dili işləyir.

Dildə yox, işdə özünü göstər.

Gəvəzənin işi qalar, astanın işi qalmaz.

Hər işin əvvəli çətindir.

İşə başlamaq işin yarısıdır.

ise aid atalar sozleri,İşə Aid Atalar Sözləri,is haqqinda atalar sozleri calismaq is-guc


İş Haqqinda Atalar Sozleri 


Bir işi qurtarmamış, o biri işdən yapışma.

Heyvanın dişinə baxarlar, insanın – işinə.

Yeməyin qulu, işləməyin xəstəsi olma.

Tənbəllik azar artırar, işləmək canı saf eylər.

El çalışar, yer sevinər. Yer barlanar, el sevinər.

Dünya çalışanların əlindədir.

Biri işlər, on biri dişlər.

Hər işi insafla gör.

Kişinin sözü ilə işi bir olar.

Bir işin əvvəlinə bax, bir də axırına.

Atlar işlər, ər öyünər

Gərək saatla yox, vicdanla işləyəsən.

Vicdanla işləyən gözükölgəli olmaz.

Adamı qeyrət işlədər, dəyirmanı - su.

Səbir və əmək hər şeyi silər.

Yay işini qışda gör, qış işini yayda.

Hər işin sonuna baxarlar.

Dünənki işinə sağ ol, bugünkü işindən danış.

Çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşı.

Çox bilmək istəyən, çox da çalışsın gərək.

Topraq diyər: tərlə mənə, zər töküm sənə.

Yayda işləyən, qışda dişlər.

Nə dəlini işlət, nə də dəli üçün işlə.

Yaz günündə tərləməyən qış günündə titrəyər.

Yazda işləməyənin qışı sərt gələr.

Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".

İnsan bir işə etməsə həvəs, bütün əziyyəti gedəcək əbəs.

Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.

Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir.


>
To Top