İnsan, öz dilinin altında gizlənmişdir. - Əli bin Əbu Talib.
Ağlı gödək olanın dili uzun olar. - Aristofan
Ağıllının başı işlər, ağılsızın dili. - Atalar sözü
Ağıl əmr edəni dil bəyan edər. - Xaqani Şirvani
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. - Humboldt.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. - Heydər Əliyev
Öz ana dilini bilməyənlər şikəst adamlardır! - Heydər Əliyev
Dil Haqqında Aforizmlər
Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. - Əbu Turxan
Alimin biliyindən, yalançının dilindən yapışarlar. - Atalar sözü
Eyni dili deyil, eyni duyğunu paylaşanlar anlaşa bilər.
Yüngül yaralar danışa bilər, amma dərin yaralar dilsizdir.
Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. - Mövlana
Ürəyində sevgi və mərhəmət də olanın , Dili də, üzü də, gülüşü də gözəl olar.- Anonim
Bir ürəkdə olmaz iki sevgili, İki ürəklinin düz olmaz dili. - Nizami Gəncəvi
Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz. - Mahatma Qandi
Yoruldum; ayağımın deyil, ürəyimin apardığı yerlərə getməkdən. Susdum; dilimdəkiləri deyil, ürəyimdəkiləri söyləyə bilməməkdən. - Maksim Qorki
Hansı dildə deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. - Əbu Turxan
Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir. - İohann Volfqanq Höte
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. - Heydər Əliyev
Dil keçmiş nəsillərin düşüncəsinə biçilmiş libasdır. O, indiki nəslə dar da gələ bilər, gen də. - Əbu Turxan
Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. -Məhəmməd Əmin Rəsulzadə
Dil mədəniyyətlə birgə boy atır.- Lev Tolstoy
Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.- Əbu Turxan
Dil Haqqında Aforizmlər və Sözlər |
Gözəllik elə bir sirdir ki, onun dilini yalnız ruhlarımız bilər. - Cübran
Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən. - Əbu Turxan
Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər. - Mahatma Qandi
Allah sözünü yaratdıqlarının təbii ahəngi və bir də istəkli bəndələrinin dili ilə deyir. Əbu Turxan
Təbiətin Dili
Dahi insanların dili təbiətin özünün dili qədər sadədir. - Vovenarq
İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir. - Əbu Turxan
Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. - Frensis Bekon
Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır. - Qalileo Qaliley
Poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq formasıdır. - İosif Brodski
Milli hiss ilə dil arasındakı bağ çox qüvvətlidir. Dilin milli və zəngin olması, milli hissin inkişafında başlıca faktordur. Türk dili, dillərin ən zənginlərindəndir. Yetər ki, bu dil şüurla işlənsin. Ölkəsini, yüksək müstəqilliyini qorumasını bilən Türk milləti, dilini də xarici dillər boyunduruğundan qurtarmalıdır. - Atatürk
Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi. - Şah İsmayıl Xətai