Qocalıq Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

Qocalıq Haqqında statuslar Qocalığa aid sözlər,qocaliga aid statuslar, qocaliga aid sozler,
Qocalıq Haqqında Aforizmlər və Sözlər
 Qocalıq fırtınalı həyatın limanıdır. - K.Preston

Qocalıq axmaq üçün yük,nadan üçün – qış, alim üçün – biçin vaxtıdır. - Volter

Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. - Viktor Hüqo

Cavanlar xəyal edirlər, qocalar xatırlayırlar. - Lui Araqon

Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə – qısa keçmişdir. - Artur Şopenhauer

Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir. - Viktor Hüqo.

Gənclər yenilik sevir, qocalar isə ənənələrə sadiq olurlar.-  F.Laroşfuko

Qocalığa cavanlıqdan hazırlıq görmək lazımdır. - Əvhədi Marağayi

Qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. - Stendal

Məhəbbət başqası ilə birgə qocalmağa hazır olmaqdır. - Alber Kamyu

Biz cavanlıqda sevmək üçün yaşayırıq. Qocalanda isə yaşamaq üçün sevirik. - Şarl Sent-Everemon

Kişilər qocalır, qadınlarsa dəyişir. - Höte

Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır.Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. - Vissarion Belinski

Şamlar tortdan bahalı olanda, qocaldığını anlarsan. - Bob Hop

Hamı çox yaşamağı istəyir, lakin heç kəs qocalmaq istəmir. - Molla Fənari

İnsan kimnənsə qocalmalıdır, kiməsə görə yox! - Nazim Hikmət

Yetişmiş kişi olmadan qocalan gənclər də, gənc görünmək istəyən qocalara kimi iyrəncdir. - Vissarion Belinski

Gənclər qocaların axmaq olduqlarını hesab edirlər. Halbuki, qocalar da gənclərin axmaq olduqlarını hesab edirlər. - Corc Çapmen

Biri, "Adam nə vaxt evlənməli?" deyə soruşduğunda, "Gənc isə, hələ evlənmə zamanı gəlməmişdir. qoca isə, vaxtı keçmişdir " cavabını vermişdir. - Sinoplu Diogen

Qocaların məsləhətləri qış günəşi kimidir: işıqlandırır, amma isitmir. - Vovenarq

Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər. - Smayls

Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz. - Kiçik Seneka

 İntuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. - Artur Şopenhauer

Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir. - Cübran

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. - Bencamin Franklin

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top