-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Gül Haqqında Aforizmlər və Gözəl Sözlər

bilgideryasi

 

gülə aid statuslar,Gülə Aid Sözlər,Gül Haqqında Aforizmlər,gul haqqinda statuslar,gül Haqqında Gözəl Sözlər,



Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. - Bencamin Franklin

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. - Əbu Turxan

Həyat - güldür.Sevgi - nektar. 

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. - Şəms Təbrizi

Gülün qədrin bülbül bilir.- Atalar Sözü

Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır.

Ən gözəl güllər, saf sevgiylə dolu qəlblərdə bitər. 

Bir yedə tikan oldu mu, gül də olar.

Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir. - Mövlana

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte

Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. - Xəlil Cibran

Buludlar ağlamasa, güllər necə gülər?

Torpağa mərhəmət xeyirdir, inanLütf etsən gül verər, zülm etsən – tikan.

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. - Rafiq Həlit Qaray

Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır.

Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var.

Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. - Atalar sözü

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. - Sədi Şirazi.

Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.

Vaxtsız açılan gül tez solar.

Ölülər dirilərdən daha çox gül alır, deməli peşmanlıq minnətdarlıqdan güclü hisdir. - Anna Frank 

Amandır, ağlını unutma ki, səngülünü tikana dəyişməyəsən.

Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel

İdrakı rəmz edib bir gül sandılar, Aqil olanları bülbül sandılar, Vaxt keçdi, rəmz itdi, sonra gələnlər, Təkcə bülbül ilə gülü andılar. - Əbu Turxan

Yanıb külə döndünsə əgər, yenidən gülə dönəcəyin günü gözlə. Və keçmişdə necə dəfə yanıb kül olduğunu deyil, neçə dəfə küllərindən yenidən doğan bir gül olduğunu xatırla. - Mövlana 

Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın

>
To Top