Mükəmməl olmağınıza ehtiyac yoxdur. Saxta olmayın yetər.
Sevilcək qədər gözəl olmaqdansa, güvəniləcək qədər qeyrətli ol!
Saxta insanlar belə hər şeyin gerçəyni istər!
Heç kimə güvənməyən insan güvənilməyən insandir.
Yalançılıq peşə olaraq elan edilməlidir artıq, çünki çox ustası var.
Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: İnsan pulun saxtasını edər, pul da insanın.
Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…
Həyata qarşı ilk küskünlüyümüz; yanımızda sandığımız kəsləri, qarşımızda görməmizlə başlar.
Bəlkə də saxta dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün.
Artıq ikiüzlü insanları sevməyə başladım. Çünki yaşadıqca iyirmiüzlü insanlar görməyə başladım.
Güvəndiyin dağlara qar yağanda ən gözəl çıxış yolu dağı qarla birlikdə qoymaqdır.
Özünü aldatmaq istəyən, gerçəklərdən qaçaraq yalançı və cadugər nəfsinə sığınar.
Bugün səni aldadan, sabah başqası tərəfindən aldanar. Yalanla yuyulan üzlər, xəyanətlə qurulanar.
Yanındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyir gəlməz. Onun sözünə və andına inanmaq olmaz.
Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.
Səni sevirəm” dən daha özəl bir cümlə var. “ Sənə güvənirəm”. Çünki hər kəs hamını sevə bilir, amma hamıya güvənə bilmir.
Əgər cəsur deyilsənsə, səmimi ola bilmərsən. Əgər cəsur deyilsənsə, sevə və güvənə bilmərsən.
İkiüzlü insanın üç əlaməti var:dil ilə qəlbi, qəlbi ilə əməli, zahiri ilə batini uyğun gəlməz.
Həyatda heç bir zaman başqasına bütün varlığınla güvənmə, çünki heç kim sənə bütün vaqlığı ilə görünməz.
Gerçəyə düşmən, yalana dost olan birisinə əsla güvənməyin. O, həm özünə düşməndir həm də özgəsinə.