Gül Haqqında Gözəl Sözlər

gülə aid statuslar,Gülə Aid Sözlər  Gül Haqqında Gözəl Sözlər sq369az

 Ən gözəl güllər, saf sevgiylə dolu qəlblərdə bitər. 

Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. - Bencamin Franklin

Həyat - güldür. Sevgi - nektar.  - Viktor Hüqo

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. - Əbu Turxan

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. - Şəms Təbrizi

Gülün qədrin bülbül bilir.- Atalar Sözü

Başqasının yolunda əkdiyin gül, mütləq öz yolunda açacaqdır.

Bir yedə tikan oldu mu, gül də olar.

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır.

Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir. - Mövlana

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. - İohann Volfqanq Höte

Optimist insan gülün tikanlarını deyil, gülü görür; pessimist isə, gülü unutmuş kimi, gözlərini tikanlara zilləyir. - Xəlil Cibran

Buludlar ağlamasa, güllər necə gülər?

Yaz bir gül ilə başlayar, mini ilə bitər.- Atalar Sözü

Tikanda gül bitirən, qışı da bahara çevirər!  - Mövlana

Torpağa mərhəmət xeyirdir, inanLütf etsən gül verər, zülm etsən – tikan.

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. - Rafiq Həlit Qaray

Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır.

Tikansız gül yoxdur, amma gülsüz bir çox tikan var.

Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. - Atalar sözü

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir.

Bülbüldən çox da vəfa ummayın, çünki hər dəm başqa bir gülün üzərində ötər. - Sədi Şirazi.

Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan. - Mövlana

Vaxtsız açılan gül tez solar.

Qızıl gül olmayaydı, saralıb solmayaydı, bir ayrılıq, bir ölüm, heç biri olmayaydı.- Atalar Sözü 

Ölülər dirilərdən daha çox gül alır, deməli peşmanlıq minnətdarlıqdan güclü hisdir. - Anna Frank 

Amandır, ağlını unutma ki, səngülünü tikana dəyişməyəsən. - Nizami Gəncəvi

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar.

İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir.- Paulo Koelyo

Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel

Gül kimi yumşaqlıq göstərmə, gerçək, Olma ikiüzlü, bənövşələr tək. - Nizami Gəncəvi

İdrakı rəmz edib bir gül sandılar, Aqil olanları bülbül sandılar, Vaxt keçdi, rəmz itdi, sonra gələnlər, Təkcə bülbül ilə gülü andılar. - Əbu Turxan

Yanıb külə döndünsə əgər, yenidən gülə dönəcəyin günü gözlə. Və keçmişdə necə dəfə yanıb kül olduğunu deyil, neçə dəfə küllərindən yenidən doğan bir gül olduğunu xatırla. - Mövlana 

Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. - Məmməd Rahim


Daha yeni Daha eski