Övlad Haqqında Atalar Sözləri və Məsəllər

bilgideryasi

Övlad Haqqında Atalar Sözləri ovlad haqqind atalar sozleri ogul-qiz haqqinda bala,

 Övlad könül meyvəsidir. - Atalar sözü

Bala baldan şirindir.- Atalar sözü

Övlad ata-ananın ürəyidir.  - Atalar sözü

Varlının malı, kasıbın övladı. - Atalar sözü

Övladda nəvə, dövlətdə dəvə. - Atalar sözü

Övlad ya ataya oxşar, ya anaya. - Atalar sözü

Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin. - Atalar sözü

Ata-ananın canı övlada bağlı olar. - Atalar sözü

Yaxşı oğul ata ürəyini sevindirər.- Çeçen-inquş atalar sözü

Övlad can yanğısıdır. - Atalar sözü.

Övlad pəncərədən düşən işıqdır. - Atalar sözü

Övlad sərmayədir. - Atalar sözü

Qız anadan öyüd alar. - Atalar sözü

Bala uğrunda ata-ana can qoyar.- Atalar sözü

Anası gəzən ağacları balası budaq-budaq gəzər.- Atalar sözü

Balam mənə əzizdir, tərbiyəsi özündən də əzizdir.- Atalar sözü

Oğul oğul olsa, neylər ata malını. - Atalar sözü

İgid oğul cavan eylər atanı. - Atalar sözü

Dövlətlinin mal-qarası çox olar, kasıbın  - Atalar sözü bala-bulası. - Tatar atalar sözü

Atalar nə əkiblər, oğullar onu biçiblər. - Atalar sözü

Qızı vermirsən, özünə oğul qazanmısan. - Atalar sözü

Övlad tapılar, ata-ana tapılmaz. - Atalar sözü

Qız evində toydur, oğlan evinin xəbəri yox. - Atalar sözü

Ana fikri bala yanında, bala fikri - biyabanda. - Atalar sözü

Oğul doğmaq igidlik deyil, igidlik onu tərbiyə etməkdir. - Atalar sözü

Mərd oğul zalıma baş əyməz. - Atalar sözü

Yeddi fərsiz oğuldan bir fərli qız yaxşıdır. - Atalar sözü

Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır. - Atalar sözü

Yaxşı övlad atanı vəzir edər, pis övlad - rəzil.  - Atalar sözü

Bəd övlad xətaya ürcah olar. - Atalar sözü

Övlad üçün ananın ürəyi ağrıyar, atanın - biləyi. - Başqırd atalar sözü

Valideynlərinizin sevgisini anlamaq üçün öz övladlarınızı böyütməlisiniz. - Çin atalar sözü

Pis övlad altıncı barmaq kimidir-kəsərsən, ağrıyar, kəsməzsən, eybəcər göstərər.- Atalar sözü

Yaxşı oğul ata bağı, pis oğul ürək dağıdır.- Tacik atalar sözü

Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş. - Ərəb atalar sözü

Yaxşı gəlin doğma qızdan, yaxşı yeznə doğma oğuldan yaxşıdır. - Vyetnam atalar sözü

Övladlarınızı fərqli bir zamanda dünyaya gəldikləri üçün öz öyrəndiklırinizlə məhdudlaşdırmayın. - Çin atalar sözü


#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top