Yaz gətirər, qış götürər. - Atalar sözü
Hər qışın bir yazı var. - Atalar sözü
Qışı qarlı, yazı barlı. - Atalar sözü
Yaz yapan, qış qapan. - Atalar sözü
Yaz yağışı tez keçər. - Atalar sözü
Qış olmasa yaz olmaz, qar olmasa bar olmaz. - Atalar sözü
İl baharından bilinər. - Atalar sözü
Yaz əkinçi, qış dilənçi. - Atalar sözü
Yaz kasıbın yorğan-döşəyidir. - Atalar sözü
Yaz bitirir, yay yetirir, güz gətirir, qış itirir. - Atalar sözü
Yaz getdi, qış gəldi, vay titrəmək dərdi. - Atalar sözü
Dünya yaz ikən qış tədarükünə bax! - Atalar sözü
Yaz günündə tərləməyən qış günündə titrəyər. - Atalar sözü
Qarışqadan ibrət al; yaz ikən qışı düşün. - Atalar sözü
Ölmə eşşəyim, yaz gələr yonca bitər. - Atalar sözü
Yaz var, qış var, nə tükənməz iş var. - Atalar sözü
Mart çıxdı – dərd çıxdı, keçilər yaza çıxdı. - Atalar sözü
Yaz gəlmədən, qar getməz, ot bitməz. - Atalar sözü
Hər könülün bir yazı, bir qışı var. - Atalar sözü
Sevənlərin acığı yaz yağışı kimidir. - Atalar sözü
Bir gül ilə bahar olmaz. - Atalar sözü
Bir çiçək ilə yaz olmaz. - Atalar sözü
Bir qaranquşla bahar olmaz. - Atalar sözü
Yaz bir çiçəklə, yazlamaz heç. - Atalar sözü
Yaz bir gül ilə başlayar, mini ilə bitər. - Atalar sözü
Ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz. - Atalar sözü
Yaz günündə yola çıxsan, qış gününü gözünün qabağına al. - Atalar sözü
Bağ alırsan qışda al, bağ satırsan yazda sat. - Atalar sözü
Uşaqlığ yaz, igitlik yay, yaşın ortası oldu güz, qocaldın qış. - Atalar sözü