-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Uğursuzluq Haqqında Mənalı Aforizmlər

bilgideryasi
Sponsor 2

Trend Mövzular

Uğursuzluq Haqqında Aforizmlər,Uğursuzluq Haqqında Sözlər,ugursuzluq haqqinda sozler


Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. - Henri Ford

 

Hər bir uğursuzluq - müvəffəqiyyətə doğru bir addımdır. - Atalar sözü

Uğursuzluqlar güclülərə daha da güc verir. Antuan de Sent-Ekzüperi

Gerçək uğur, uğursuzluq qorxusuna qalib gələ bilməkdir. - Paul Sviney

Yalnız bir şey xəyallarının gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur. - Paulo Koelyo

Kifayət qədər səy göstərməmək uğursuzluğa səbəb olar. - Çanakya 

Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur. - Mark Tven

Məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır. - German Martin

Uğursuzluq Haqqında Mənalı Aforizmlər 

Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. - Rual Amundsen

Uğur insana bəlkə də çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. - Çin atalar sözü

Mən əminəm ki, uğurlu sahibkarlardan uğursuzları ayıranın yarısı - əzmkarlıqdır. - Stiv Cobs

Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır. - Konfutsi

Uğur, həvəs itirmədən bir uğursuzluqdan digərinə addımlamaq bacarığıdır. - Üiston Çörçill

Qorxu qəzəb yaradar. Qəzəb nifrət yaradar. Nifrət isə uğursuzluğa səbəb olar.- Star Wars 

Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir göürməsin. Elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. - Fransua de Laroşfuko.

Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında , uğura nə qədər yaxın olduqlarını bilməmələridir.

Uğur sonsuz deyil; uğursuzluq da ölüm deyil. Əsas olan davam etmək üçün cəsarətini toplamaqdır. - Uinston Çörçill

Uğur hələ nöqtə deyil, uğursuzluq hələ son deyil: əhəmiyyət kəsb edən yeganə şey mübarizəni davam etdirmək cəsarətidir. 

Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var. - Henri Ford

Uğursuzluğun ən geniş yayılmış səbəblərindən biri ilk uğursuzluqda işdən imtina etməkdir. Hər birimiz, bircə dəfə də olsa bunu etmişik. - Rövşən Abdullaoğlu

Həyatda mövcud uğursuzluqların səbəbi; bacaracaqları halda, uğura az qalmış bir zamanda istəklərindən imtina edən insanlardır. - Naməlum 

Bilmək lazımdır ki, uğura gedən yol uğursuzluqdan keçir. Bu. bəlkə də, həyatın bir qanunudur. Çox qəribə və paradoksal olsa da, zidlər müsbət cərəyanı doğurur. Hər çətinliklə birgə asanlıq vardır.  - Rövşən Abdullaoğlu.

>
To Top