-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Yaş Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

Yaşa aid Aforizmlər,yaşla bağlı aforizmlər, yaşla bağlı statuslar, yaşa aid statuslar

 Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır. - Viktor Hüqo

Üç yaşında qəlbi necədirsə, yüz yaşında da elədir. - Yapon atalar sözü

Kişi yaşını saxlamağa, qadın isə saxlamamağa başladığı zaman yaşlanmışdır. - Peru Atalar Sözü

On səkkiz yaşa qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qalib gəlir. - Əli bin Əbu Talib

Özündən böyüyün məsləhətinə bax, səndən hətta bir yaş da böyük olsa. Qaraqalpaq atalar sözləri

Uşaqlıq çağları üçün yararlı və hər cür yaş üçün son dərəcə əhəmiyyətli yalnız bir əxlaq dərsi var: “Heç kimə pislik etməmək”.- Jan Jak Russo

Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır.- Con Lokk

Qadın yalnız özünün yaş sirri kimi bir sirr saxlaya bilər. - Volter

Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar. Koko Şanel

Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. - Lus Boll

Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş.- Alfons Karr

Diplomat, bir xanımın ad gününü xatırlayan, amma yaşını unudan bir insandır.- Robert Li Frost

Hər yaşın öz xüsusi meylləri var, lakin insan həmişə eyni qalır. On yaşında o, xoş şeylərin cazibəsi altında, iyirmi yaşında aşiqlikdə, otuzda həzzdə, qırxda şöhrətpərəstlikdə, əlli yaşında xəsislikdə. -Jan Jak Russo

Kimin ki, 20 yaşı var və hələ sosialist deyil - onun ürəyi yoxdur. Kimin ki, 40 yaşı var və hələ sosialist olaraq qalır - onun ağlı yoxdur - Çörçil

Yaş sadəcə rəqəmdir. 20 yaşınız olanda düşünürsünüz ki, 50 yaş kabusdur. Lakin 50 yaşda olarkən, özünüzü 30 yaşında olan biri kimi hiss edirsiniz. Yaşımız bizim həyata olan münasibətimizi müəyyən etməməlidir. Rəqəmlərə özünüzü dəyişdirməyə imkan verməyin. - Barie Davenport

>
To Top