-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Böyük-kiçik Haqqında Atalar Sözləri

bilgideryasi

 

Böyük-kiçik Haqqında Atalar Sözləri,Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözləri

Böyük-kiçik Haqqında Atalar Sözləri

Böyüyə hörmət elə, sən də böyüyəcəksən. - Atalar sözü

Söz böyüyün, su kiçiyin. - Atalar sözü

Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan. - Atalar sözü

Uşaq böyüklərindən öyrənər. - Atalar sözü

Özü balaca, sözü böyük. - Atalar sözü

Uşağı yemək böyütməz, sevinc böyüdər.  - Atalar sözü

Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz. - Atalar sözü

Kiçikdən xəta, böyükdən əta. - Atalar sözü

Uşağa uşaq deyiblər, böyüyə böyük. - Atalar sözü

Kiçik açar böyük qıfılı açar. - Atalar sözü

Uşaqla uşaqdır, böyüklə böyük. - Atalar sözü

Böyüyə hörmət, kiçiyə rəğbət. -Kumık atalar sözü

Müəllim ən böyük bağbandır. - Atalar sözü

Böyük danışanı kiçik götürər. - Atalar sözü

Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözləri,Böyük-kiçik Haqqında,


Böyük-kiçik Haqqında Atalar Sözləri,Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözləri

Böyük-kiçik Haqqında Atalar Sözləri,Böyük Haqqında Atalar Sözləri,Kiçik haqqında Atalar Sözu

Kiçik haqqında Atalar Sözləri,Böyük-kiçik Haqqında,Böyük kiçik Haqqında Atalar Sözləri,


Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as. - Atalar sözü

Kiçiyin kiçik yeri var, böyüyün - böyük. - Atalar sözü

Böyük nə eyləsə, kiçik onu götürər. - Atalar sözü

Böyüklərlə böyük ol, kiçiklərə göstər yol. - Atalar sözü

Ağsaqqal sözünü axıra saxlar.- Atalar sözü

Böyük böyüklüyün bilməsə, kiçik kiçikliyin bilməz. - Atalar sözü

Kiçik daş da baş yarar. - Atalar sözü

Dəvə böyüksə, yükü də böyükdür. - Atalar sözü

Dəvə böyükdür – ot yeyər, şahin kiçikdir – ət yeyər. - Atalar sözü

Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi. - Atalar sözü

Hesabın böyük-kiçiyi olmaz. - Atalar sözü

Eşşək böyük, palanı kiçik. - Atalar sözü

Kiçiyi olmayanın böyüyü olmaz.  - Atalar sözü

Böyük dağa qar yağmadıqca, kiçik dağa sıra gəlməz. - Atalar sözü

Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir. - Atalar sözü

Rüşvətxorluqda böyük-kiçik, haram-halal olmaz. - Atalar sözü

Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar. - Alman atalar sözləri.

Böyük zəkalar birlikdə düşünürlər. - Fransız atalar sözü

Vaxtı itirsən hədər, görərsən böyük zərər. - Atalar sözü

>
To Top