-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Şahmat Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

 

sahmat haqqinda aforizmler,Şahmat Haqqında sözlər,sahmat haqqinda sozler


Şahmat analiz sənətidir.-  Botvinnik


Şahmat taxtası insan zehninin gimnastika zalıdır. - Paskal


Şahmat təkcə idman yox, həm də sənət və elmdir. - Harri Kasparov


Şahmat elə budur. Bu gün rəqibinə dərs verirsən, sabah isə o sənə öyrədəcək. - Robert Fişer 


Şahmatda ancaq oyunu sevdiyin zaman uğurlu ola bilərsən. Robert Fişer 


Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. - Pyer Mak Orlan


Şahmatın əsası onun nə olduğunu düşünməkdir. - Devid Bronsteyn


Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz. - Em. Lasker

Şahmat Haqqında Aforizmlər və Sözlər

Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil.- Koblentz


Yaxşı oyunçunun həmişə yaxşı şansı olur. - Kapablanka


Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın.-  Em. Lasker



Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz. - Fransız atalar sözü


Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram. - Keres


İnqilablar şahmat oyununa oxşayır. Piyadalar kralı məhv və xilas edər və ya onun yerini tuta bilərlər. –Pyer Büast


Şahmat taxtası dünyadır, fiqurlar kainatın fenomenləridir, oyun qaydaları isə Təbiət Qanunu adlandırdıqlarımızdır. Oyundakı rəqibimiz bizdən gizlənmişdir. Bilirik ki, onun oyunu daima düzgün, təmkinli və dəqiqdir. Və biz həmçinin onu da bilirik ki, o heç zaman səhvi bağışlamırvə səhlənkarlıq üçün güzəştə getmir. - Tomas Henri Haksli


Həyatı şahmatdan fərqləndirən cəhət, şahmatın nə zamansa bitməsi, həyatın isə davam etməsidir. - Ayzek Əzimov


Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, Şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən.· Adam Faver 


Oyun bitəndə, şah da piyada da eyni qutuya qoyulur. - Anonim

>
To Top