-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Varlı Haqqında Aforizmlər və Sözlər

bilgideryasi

Varlı Haqqında Aforizmlər və Sözlər varli haqqinda aforizmler

 Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır.

İnsanlar üç cürdür: pulun köləsi olanlar, pulun dostu olanlar və pulun ağası olanlar. - Karneqi

Kasıb adamlar gözəl olur, lakin varlılar daha güclüdürlər.

Oğru ilə varlı arasında fərq: oğru varlını, varlı isə yoxsulu soyur.- Corc Bernard Şou

Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır..  - Artur Şopenhauer

Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. Corc Herbert

İnsan bəxt və taleyə varlı olanda deyil, yoxsul olanda inanır.

Niyə insanlar kasıb olduqlarına görə utanırlar, varlı olduqlarına görə – yox?!

Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün.– Klod Adrian Helvetsi

Zənginlər çox tox olur, ancaq doymuş olmur. - Pyer Büast

Varlı Haqqında Aforizmlər,varli haqqinda aforizmler varli kasib saglam

İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan çəkin.

Varlı Haqqında Atalar Sözləri

Xəsis varlı, dilənçidən də kasıbdır. -Rus atalar sözü

Varlı borcunu pulla ödəyir, kasıb - öz dərisiylə. - Atalar sözü

Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.- Atalar sözü

Kasıb işi güc-qüvvətlə görər, varlı - mal-dövlətlə.

Yoxsul varlandıqca ağıllanar, varlı kasıblaşdıqca sərsəmləyər. Fin atalar sözü

Varlılar Haqqında Aforizmlər

Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar.

Neyə ehtiyacınız olduğu nə qədər zəngin olduğunuzu göstərər. - Əhməd Şərif İzgörən

Dünyanın ən yoxsul insanı, puldan başqa heç bir şeyi olmayandır. - Artur Şopenhauer

Pul şərab kimidir. Müəyyən həddə qədər adamı hala gətirir, bir az ondan artıq olanda cuşa gətirir, lap artıq olanda isə huşunu başından alır. - Əbu Turxan.

Çox zəngin adam harın ola bilər, qürurlu ola bilməz, çünki var-dövlətini itirmək qorxusu qürurlu olmağa imkan vermir. - Əbu Turxan

Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. - Artur Şopenhauer

Övladlarınıza varlı olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə ömürləri boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilmiş olarlar. - La Edri

Kaş həyatda hər kəs məşhur və varlı olardı və başa düşərdilər ki,bu şeylər insanı xoşbəxt etmir.

Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun. - Əbu Turxan

>
To Top