İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.
Sual verməyə əsla son qoymayın. Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.
Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır.
Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.
Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır.
Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır.
Arzulamaq bilməkdən daha əhəmiyyətlidir.
Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur.
Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil.
Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək.
Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.
Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim.
İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.
Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır.
Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər.
Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil.
Dünya yaşamaq üçün təhlükəli bir yerdir; pislik edənlərə görə yox, dayanıb seyr edən və onlara səs çıxartmayanlara görə.
Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir
İnsanın dəyəri verdikləri ilə ölçülür,nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox,dəyərli insan olun.