-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Torpaq haqqında Aforizmlər, Torpağa Aid Sözlər

Sponsor 2

Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvəti torpaqdır.

-  Həsən Əliyev

torpaq-haqqinda-torpaga-aid-Nizami-Gencevi-Aforizmler


Əmək sərvətin atası, torpaq isə anasıdır.

- Fridrix Engels


 Torpağa mərhəmət xeyirdir inan, Lütf etsən gül verər, zülm etsən tikan.

- Nizami Gəncəvi


Torpaq Vətən deməkdir və milyonlara öz döşündən süd vermişdir. 

- Həsən Əliyev


Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.

 - Abdulla Qurbani


Torpağa əkilən toxumlar içərisində ən çox məhsul verən fədailərin torpağa tökdükləri qandır.

- Onore de Balzak


Məndən yəhərimi istəyin - verim, atımı istəyin - verim, lakin heç kəs vətənimdən bir qarış torpaq istəməsin - vermərəm.

- Mete Xan 


Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.

- Əbülfəz Elçibəy


Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır.

- Heydər Əliyev


Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər.

- Lev Tolstoy


Torpaq aldığını artıqlaması ilə geri qaytarır.

- Mark Tulli Siseron


Torpaq insanlardan ədalətlidir, riyakarlıq nə olduğunu bilmir, qoyulan əməyə qarşı bol-bol mükafatlar verir.

- Onore de Balzak


Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir.

- Lev Tolstoy


Sərmayə qoyacaqsansa torpaq al. Torpaq qızıldır. Üstünə bina etsən gümüş olar. İçinə də kirayəçi soxsan tənəkə olar.

- Vəhbi Qoç


Torpağı qazıb onu becərməyi unutmaq özümüzü unutmaq deməkdir.

- Mahatma Qandi


Hər ağacdan sandal, hər yarpaqdan gül,

Hər torpağın tamı duz olmaz, olmaz.

- Aşıq Ələsgər


Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər.

- Yılmaz Ərdoğan


Torpaqların fəthinin meyvəsi-hakimiyyət, təhsilin meyvələri- bilik, zənginliyin meyvəsi isə ianə vermək və həzzdir.

- Çanakya 


Torpaq Günəşsiz, insan səadətsiz yaşaya bilməz.

- Mixail Stelmax


Biz bu torpağa sevgidən başqa heç bir toxum əkmərik.

- Mövlana Cəlaləddin Rumi


Torpaq bir gün yağışın dəyərini anlayacaq, lakin o gün yağış yağmayacaq.

-Nicanor Parra


Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.

-  Əbu Turxan


Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar. 

- Əbül Fərəc


Ağaclar torpağın göyə yazdığı şeirlərdir. Bizlər onları baltalayıb öz boşluğumuzu qeyd etmək üçün kağıza çeviririk.

- Xəlil Cübran


Uşaqlar torpağın canlı çiçəkləridir.

- Maksim Qorki


Mümkün olsaydı, hər qarış torpağa buğda əkilmiş kimi kitab əkərdim.

- Henrix Mann 


Yaxşı müəllim susuz torpağa can verən yağışdan da qiymətlidir, yağışla torpaq dirçələr, müəllimlə bütün bəşəriyyət.

- Anonim 


Ordu torpaqları, kitab könülləri fəth edir.   

-  Əbu Turxan


Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:

Düşün altında minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni.

- Mehmet Akif Ərsoy - İstiqlal Marşı


Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar. 

- Qabriel Laube


Biz bu dünyanı tərk edəndə və bizi torpağa tapşıranda, bizim də, knyazın da dəfn edildiyi yer bir parça eyni torpaqdan ibarət olur.

- Miqel de Servantes 


 Torpaqdan gəldi insan, yenə torpağa dönəcək, iki dilim çörək üçün ömür boyu döyüşəcək.

- Barış Manço


 Öləndən sonra məni torpaqda deyil, ariflərin qəlbində axtarın.

- Mövlana Cəlaləddin Rumi


Heç bir şeyə mənimdir demə, yalnız yanımdadır de. Çünki nə qızıl, nə torpaq, nə sevgili, nə yoldaş, nə həyat, nə ölüm, nə hüzur, nə də kədər həmişə səninlə qalmaz.

- David Lavrens 


Qəlbini çalmasın bu mal, bu dövlət,

Azı bir zillətdir,çoxu fəlakət.

Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

- Nizami Gəncəvi


>
To Top