27 Sentyabr Anım Günü Şeirlər | Şəhidlərə aid şeirlər

bilgideryasi

 
27 Sentyab şeirlər,27 Sentyabr Anim Gunu seirleri,27 Sentyabr Anım Günü Şeirlər
27 Sentyab şeirlər



  27 sentyabr - 44 Günlük Vətən Müharibəsində Zəfərə gedən yolun başlanğıc günüdür. Bəli, bu gün Qarabağa qayıdışa gedən o şərəfli günlərin ilk günüdür.   44 günlük Zəfər yolunda canının qurban vermiş Şəhidlər öz adların əbədi tarixə yazdılar.Qanlarlarıyla tarix yazanlar həm də milyonlarla ürəyə yol tapdılar, yaddaşlarda unudulmaz bir iz qoydular. Və onlar haqqında yeni zəfər nəğmələri bəstələnəcək, şeirlər yazılacaq, filmlər çəkiləcəkdir. Tarix yazanlar həmişə tarixdə qalacaqdır...

Sənə Zəfər Yaraşır şeiri 

Müəllif: Nicat İsmayılov (“Xəzər Tv”nin redaktoru)

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.

Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!
 
Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.


İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.

Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!


Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
 
 
 

Şəhid  şeiri (Müxtəsər)

Müəllif:  Hüseynli Əkbər

Tanrı bütün dağların Taleyini tən yazıb. Ayaq izin Murovda, Qar üstə "vətən" yazıb. Yazıb itgin dedilər, Gizlədi zaman səni. Bircə günə bir ömür, Gözlədi anan səni. Mən səni tanıyıram, Cənnətin güllərindən. Mən səni tanıyıram Kərbəla çöllərindən,

Tanıyıram, əbədi Yadda qalan birisən. Birdən-birə böyüyüb Vətən olan birisən. Mən səni tanıyıram, Torpağın canındasan, Atanın yuxusunda, Tanrının yanındasan.  

 Şəhid Şeiri

Müəllif: Elzamin Təhməzova

 


Zəfərin bu taydadır,

Özün o tayda, şəhid.

Balası boyda ata,

Vətəni boyda şəhid.

 

Şəkillərə baxıram,

Təbəssümün ucalır.

Adam sənə baxanda

Baxışından güc alır.

 

İgidliyin çıxıbdır,

Şəkillərinə, şəhid,

Nümunəsən əbədi,

Bu millətin gələcək

Nəsillərinə, şəhid.

 

Sən döyüş meydanına

Öndə gedən komandir.

Sən 400 əsgərini

Xilas edən komandir.

 

Rahat uyu, şəhidin

Məqamı da cənnətdir,

Rahat uyu, balan da

Vətənə əmanətdir.

 

Əmanətdir adın da,

Dillərdə əzbər kimi.

Səninlə fəxr edirik

Hamı bir nəfər kimi.

 

Sən ordunun polkovnik -

Leytenant komandiri,

Sən kəşfiyyat şəhidi,

Kəşfiyyat komandiri.

 

Sən döyüş meydanında

Tufan qoparan oğul.

Şuşaya, Füzuliyə

Bizi aparan oğul.

 

Sağ ol, sənsən düşmənin

Yeddi postunu yenən.

Şəhid əsgərlərinə

Hamıdan salam denən.

 

Həsrət bitdi Qarabağ

Qarabağı işğaldan,

Azad etdi igidlər.

Heç zaman unutmarıq,

Tarix yazdı şəhidlər.

 

44 gündə düşmənə,

Qəhrəmanlar çəkdi dağ.

30 il ayrı qaldıq,

Həsrət bitdi, Qarabağ.

 

Keçdi qorxmaz oğullar,

Od-alovun içindən.

Danışacaq nəsillər,

Onların mərdliyindən.

 

Aylar, illər ötəcək,

Qürurla anacağıq.

Şəhidlər ölməzdilər,

Birgəyik sanacağıq.

 

Əziz Vətən, can Vətən,

İgidlərin var olsun.

Oğlun, qızın səninlə

Daim bəxtiyar olsun.

 


Şəhidim Şeiri

 (Zabit Fərid Məmmədovun əziz xatirəsinə)



Sən ki ölməmisən, sağsan, şəhidim,

Uca, əzəmətli dağsan, şəhidim.

Vətən də, anan da qoy fəxr eyləsin,

Hər zaman sən üzü ağsan, şəhidim.

 

Cəbhəyə getməyə çox tələsirdin,

Qisas almaq üçün fürsət gəzirdin.

Quynundan çıxarıb üçrəng bayrağı,

Sancsaydın, bitərdi Şuşa həsrətin.

 

Nə olar, bir az da dözüb duraydın,

Düşmənin qəlbinə yara vuraydın.

Dostlarınla birgə çatıb arzuna,

Şuşada bayrağı sən qaldıraydın.

 

İndi Azərbaycana fəxrsən sən də,

Sonsuz fəxr hissi duyum mən də.

Hər şəhid balamdır, oğlumdur mənim,

Ruhları şad olsun azad Vətəndə.

 

İgid qazilər də qoy sağalsın,

Adları tarixdə əbədi qalsın.

Xatirən yaşayar daim, Şəhidim,

Sən candan keçdin ki, el zəfər çalsın.

 

 

 

 Şəhid qardaşıma şeiri

Müəllif: Cavidan Hacıyev


Halallıq ver bizə, şəhid qardaşım.

Halallıq ver bizə haram dünyada.

Torpağa hopsa da qanla göz yaşı,

Bu dünya ac qalıb mənəviyyatdan.

.

Halallıq ver bizə, şəhid qardaşım.

Seçə bilməsək də halal, haramlar.

Bir dəfə ölürsüz siz, uzaqbaşı.

Hər bir gün ölürlər tənha analar.

.

Havalar bir azca soyuq keçəndə

Analar söyləyər «Balam necədir?».

Diləyər xoş yuxu hər bir gecədə,

Balası ölsə də. Nə qəribədir?.

.

Süfrələr açılıb, gəlibdir bayram.

Artıq bir boşqab da vardır masada.

Süfrədə oğlunun sevdiyi ənam.

Nə olsun, cəsədi tapılmasa da?

.

Dilərik, alasan Cənnət müjdəsin.

Bu olar anana təskinlik bir dəm.

Torpaqda sənin də çoxdur əziyyətin.

Torpağa haqqını halal elə sən.


 Şəhid Xudayar Yusifzadəyə

Müəllif: Cavid Qurbanov

Duman gəldi, dağ dumanda əridi,

Yağı düşmən ətrafları bürüdü.

Ana yurdun bülbül səsli igidi,

Nəğmələrin Səndən qaldı yadigar,

Şəhid balam, şəhid oğlum, Xudayar!


Sən daşıydın , torpağıydın Vətənin,

Ağacıydın, budağıydın Vətənin,

Nəğməli bir qonağıydın Vətənin,

Sən gedəli o dağlara yağdı qar,

Şəhid balam, şəhid oğlum, Xudayar!


Unudarmı oba Səni, el Səni ?!

Unudarmı çəmən, çiçəkək, gül Səni?!

Unudarmı duman Səni, çən Səni ?!

Hər ürəkdə Sənin üçün xeymə var ,

Şəhid balam, şəhid oğlum, Xudayar!


Dastan deyib, dastan olan igidim,

Döyüşündə aslan olan igidim,

Şəhidliklə zirvə tutan igidim,

Ruhun cənnət, yerin olsun laləzar,

Şəhid balam, şəhid oğlum, Xudayar!



Salam, şəhid anası şeiri

Müəllif: Amir Mustafa

Salam, şəhid anası!

Mən də sənin bir balan.

Olmasam da qəhrəman

Şuşa, Kəlbəcər alan.


Sənin oğlun tapşırıb,

Səni mənə yol aldı.

Məhz onun sayəsində

Ordumuz zəfər çaldı.


Salam, şəhid atası,

Sən necə qürurlusan.

Dağ boyda oğlun gedib,

Yenə də dik durmusan.


Ağappaq saçlarından,

Nur saçılır, nur, ata.

Hər zaman qürurlu ol,

Həmişə dik dur, Ata!


Salam, şəhid bacısı,

Dağ gördün, dağ itirdin.

Üzü nurlu bir igid,

Arxa, dayaq itirdin.


İndi bütün igidlər,

Qardaşındir, ay bacı,

Sən şəhid bacısısan

Sənə yoxdur tay, bacı.


Salam, şəhid qardaşı,

Yaş tutmasın gözünü,

Hər an şəhid olmağa,

Hazır elə özünü.


Sənin qardaşın, sonra,

Mənim qardaşım gedər.

Sonra mən, sonra da sən

Sonra bütün igidlər.


Salam, şəhidin yarı,

Bilirəm darıxırsan,

Bir ümid, gələr deyə

Pəncərəyə baxırsan.


Bilirsən gəlməyəcək

Yol yoxdur daha geri

Şəhid olub igidin

Cənnətdir onun yeri.


Sən, ey şəhid övladı,

Boynunu bükmə qəti,

Çünki heç bükülmədi

Atanın şux qaməti.


Şəhiddir sənin atan

Ay ölkəmin çırağı,

Şəhidlər diri qalar,

Şəhidlər ölməz axı.


Şəhid Asiman Əliyevə 


  Müəllif: Elşad  BARAT


Salam, zəfər qalası. 

Vətən şəhid, can şəhid. 

Özün asimandasan, 

Adın Asiman, şəhid! 

  

Səni yuxuda gördüm, 

Səmalarda dolaşdıq. 

Yuxuda tanış olduq, 

Yuxuda doğmalaşdıq. 

  

Yaşımız da eynidir, 

Arada az zaman var, 

Mənim də üç balam var, 

Sənin də üç balan var. 

  

Bircə fərqimiz budur: 

Sən şəhidlik yolunda, 

Müqəddəslik yolunda... 

Mən həsrətin donunda, 

Sən Tanrının yanında. 

  

Bir də ki, sən ucaldın, 

Günəşəcən, ayacan. 

İgidliyin deyilir 

Bakıdan Şuşayacan. 

  

Sağ ol, qələbəmizin 

Şuşa-qala şəhidi, 

Sən vətən şəhidisən, 

Anan bala şəhidi. 


 

 Şəhid Mehrab Niftəliyevə

  Müəllif: Elşad  BARAT


Elə indi oxudum Döyüş yolunu sənin. Şuşanın üzərində Zəfər qolunu sənin. Elə indi oxudum Tarix üstə qanını. Qəhrəmanlıq yolunu, İgidlik dastanını. Oxudum ki, vətənə Qovuşmaq arzun olub. Oxudum ki, Şuşada, Vuruşmaq arzun olub. Bütün varlığın ilə Döyüşlərə girmisən. Sonuncu nəfəsini Təbəssümünə qatıb, Şuşada dalğalanan O bayrağa vermisən. Beləcə də köçmüsən Vətənin hər daşına. Adın qanınla düşüb Tarixin yaddaşına, Əbədi işıq şəhid, Odun mübarək olsun! Yerin mübarək olsun! Adın mübarək olsun! Daha sənin adın da İgidlik qalasıdır. İndi sənin üç balan Vətənin balasıdır. Zəfər tariximizə Yazılan kitab oldun, Adın da Mehrab idi, Özün də mehrab oldun. Daha xatirələri Şəkillər daşıyacaq. Adın ürəyimizdə Əbədi yaşayacaq.


Başını Uca Tut şeiri

Müəllif: Şirin BÜNYADOVA

Başını uca tut şəhid anası,

Vətənə mərd oğul bəxş eləmisən.

Sızlayır köksündə bala yarası,

Qəbrinə adını nəqş eləmisən.

 

Başını uca tut şəhid atası,

Elə şəstlə yeri, elə qürurlan.

Vətən övladıdır, Vətən balası

Torpağa verdiyin mərd, igid, cavan.

 

Vətən kimliyimiz, Vətən adımız,

Vətən qeyrətimiz, Vətən andımız.

Vətən torpağımız, ağız dadımız,

Vətənə qurbandır şirin canımız.

 

Başını uca tut şəhid xanımı,

Sən çəkən acını bütün xalq çəkir. 

İndi bütün günlər onun anımı,

İndi bütün yollar tək ondan keçir.

 

Başını uca tut şəhid balası,

Qoy səni yaşatsın dəyanət, qürur.

Sən ata yurdunda qeyrət qalası,

Arxanda bir millət, bir dövlət durur.

 

Başını uca tut şəhid bacısı,

Qəlbinin dərdindən su içər gözün.

Səni rahat qoymaz qardaş acısı,

Adını yaşadar hər zaman sözün.

 

Şəhidlər gözlərdən axan yaşımız,

Şəhidlər ölməzlik rəmzidir bizə.

Şəhidlər tarixdə qan yaddaşımız,

Qanıyla yol cızıb hər birimizə.

... İlahi ədalət zəfər çalacaq,

Qarabağ bizimdir, bizim qalacaq.

 

 

 

ŞƏHİD HAQQI ŞEİRİ


(Mübarizlərin ruhu qarşısında borcluyuq…)

Hər bir gedən şəhidin haqqı var boynumuzda,

Onlara borclu olan bir can var qoynumuzda,

Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,

Əgər biz unutsaq da, dövran bunu unutmaz…

Bu yara hey su verər, zaman onu qurutmaz…

 
Bu bizim şakərimiz, həp şikarı unutmaq,

Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,

Cismimiz oyansa da, layla deyib uyutmaq,

Bir gün biz istəsək də, dövran bizi oyatmaz…

Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…


Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, yada ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…


Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!


Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…


Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə, düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!


Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

  ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!


 Bənzər Yazılar:



 
Açar sözlər: 27 sentyabr anım günü şeirlər,27 sentyabr şeirlərİ, 27 sentyabr aid seirler, 27 sentyabr aid seirler,27 sentyabr anım günü şeir,Şəhidlərə aid şeirlər, Şəhidlərə aid şeirlər,27 sentyabr anım gününə aid şeirlər,anım gününə aid şeirlər, 27 sentyabr aid şeirlər

 


#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top