-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

12 Dekabr Heydər Əliyevin Anım Gününə Aid Şeirlər

bilgideryasi


12 dekabr Heydər Əliyevin anım günü, Heydər Əliyevin anım gününə aid şeirlər,Heydər Əliyevin anım gününə aid şeir,Heydər Əliyevin anım günü haqqında şeir,
12 dekabr Heydər Əliyevin anım günü aid şeir,


12 Dekabr Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş 7 şeir

 

 1)  BIR IŞIQ DOĞDU YURDA O VƏTƏNƏ GƏLƏNDƏ ŞEİRİ

Müəllif: Rüstəm Sadiqli

Bir işıq doğdu yurda

O vətənə gələndə

Səs verdi millətinə,

Söz verdi millətinə.

Yaratdı Azərbaycan.

Hüzür dolu bir məkan.

Öpdü ulu bayrağı,

Öpdü Quran kitabın.

Azərbaycan adını

Azərbaycan adına

Yaydı dünyalara

Millətlər sırasında,

Qəvmlər arasında,

Bu adı əks etdirdi

Qayalara daşlara,

Yüklədi yaddaşlara.

Elin qan yaddaşını

Unutmadı heç zaman,

Millətlərə göstərdi

Azərbaycan hünərin,

Koroğlu cəsarətin,

Bir Nizami hikmətin

Düşmənlərə sözü ilə

Böyük zərbələr vurdu

Elm verdi gəncliyə,

Yetirdi kamilliyə.

İndi də yaşayır o,

Minlərcə ürəklərdə

O , ürəklər Səninlə

Döyünür ulu öndər!

Neçə ürək səninlə

Öyünür Ulu öndər!


2) HEYDƏR ATA, HEYDƏR BABA!  ŞEİRİ

Müəllif:  N.Laçınov.


Xalqımızın fəxri, şanı,

Xatırlayım hansı anı?..

Dolanmısan bu dünyanı,

Heydər ata, Heydər baba!..


Vətənimi azad edən,

El qədrini daim bilən.

Torpağını qəlbən sevən

Heydər ata, Heydər baba!


Həm ümmansan, həm də Günəş,

Sübh çağının dan ulduzu.

Qəlbimizdə ən müqəddəs

Heydər ata, Heydər baba!


İlham təki oğlun vardır,

Ömür yolun bir bahardır,

Xalqın hər an bəxtiyardır,

Heydər ata, Heydər baba


Keçsə aylar, keçsə illər

Ürəklərdə qalacaqsan.

Arzuların çiçək açıb,

Yaşayacaq Azərbaycan!

Heydər ata, Heydər baba!


3) ULU ÖNDƏR ŞEİRİ

Müəllif: Rafiq Yusifoğlu


Vətənin dar günündə

Onun dadına çatdın

Üçrəngli bayrağımı

Zirvələrə ucaltdın

Yurdumuzun üstündən

Qovdun qara kölgəni

Məhv olmaqdan qorudun

Xilas etdin ölkəni

Çiçəklənən ölkəmiz

Gülüstana oxşayır

Özün olmasan belə

Əməllərin yaşayır.


4)  ULU ÖNDƏR ÖNDƏR ŞEİRİ

Müəllif:  Rafiq Yusifoğlu.


Heykəlinə baxıram

Rəhbər xəyala dalıb.

Çiçəklənən ölkəmiz

Ondan yadigar qalıb.

Səsini dinləyəndə

Güc gəlib qolumuza.

Zəkası günəş kimi

Nur səpib yolumuza.

Doğma Azərbaycanı

Gülüstana döndərib.

Hamımızın qəlbində

Heykəli var öndərin.


5)   AXTARIR SƏNİ ŞEİRİ

Müəllif:  Həsən Şirinov


Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm

Nə müddətdir könlüm yaman darıxır,

Gözlərim hər yanda axtarır səni.

– Xəyalım dolanır göylərə qalxır,

Göylərin qatında axtarır səni!

Ey ulu öndər!


Bu bir ayrılıqdır, sonu görünməz,

Sirli dünyamızdır, yolu bilinməz,

Ora gedən bir də geriyə dönməz,

Tanrı dərgahında axtarır səni!

Ey ulu öndər!


Xalqını çıxartdın ağ günə, demək,

Bəhərin dadmağa qoymadı fələk,

Dövlətə, xalqına İlhamdır gərək!

Onun timsalında axtarır səni!

Ey ulu öndər! 

 

12 Dekabr Heydər Əliyevin anım gününə aid şeirlər,

6) ULDUZLAR ŞEİRİ

Müəllif: Leyla Əliyeva


Ulduzlara uçan quşa dönəydim,

Ay da yollarıma nur ələyəydi.

Məğrur yerişinlə qoşa dönəydin,

Sənə yer üzündə yer eləyəydim.

Dinlə kədərimin pıçıltısını –

Mən yaxşı bilirəm ayrılıq nədi!..

Küləklər könlümün qışqırtısını

Kaş ki kainata yaya biləydi.

Könüllər yaşadır gur nəfəsini,

Sənsiz hər bir anın öz qüssəsi var.

Müqəddəs səsinin xatirəsini

Anlada bilərmi çağlayan çaylar?



7)HEYDƏR BABA ŞEİRİ

Müəllif:  Elşad Barat  (YAP-nın, AMEA GAŞ-nın üzvü)


Bilirəm ki, dünənimiz bu günün keçmişi deyil,

Hər dövürdə bir şəxsiyyət tarixin vərdişi deyil,

Bir ölkəni xilas etmək bir insanın işi deyil,

Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Gəlişilnə yoxa çıxdı mərmi yağış, balta külək,

Gedişində ağlayırdı yerdə insan, göydə mələk,

Hələ yanan ocaqların istiliyi varsa, demək,

Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Heydər dedim coşdu qələm, cənnət-məkan oldu sinəm,

Heydər dedim susdu bulud, güldü günəş, doldu sinəm,

Heydər adlı zirvələrə-haqqa gedən yoldu sinəm,

Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Bu torpağı, bu milləti canından da çox sevirdin,

Ayağını basan yerdə-daş üstündə gül bitirdin,

Özün getdin, öz xalqına özün kimi oğul verdin,

Allah səni öz nurundan yaratmışdı Heydər baba.

Yer topunun sir boxçası rəngsiz, donsuz göylərdədir,

Xeyir-duan üstümüzdə, ruhun sonsuz göylərdədir,

Göydən gəldin, göyə döndün, yerin onsuz göylərdədir,

Allah səni öz nurundan yaratmışdı Heydər baba.


12 Dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günüdür. O, Vətənimiz Azərbaycanın çiçəklənməsi, böyüməsi və inkişafı yolunda bir ömür fəda etdi, onun daha azad və güclü olması üçün son nəfəsinə qədər çalışdı. 

Cismən bizi tərk etsə də, fikirləri , söz və əməlləri hələ də yaşayır və yaşayacaqdır. Vətən fədakar oğullarını unutmayacaqdır!

  Axtarış sözləri : Heydər Əliyev  anım günü şeir,Heydər Əliyev  şeir,Heyder əliyev haqqında şeir,Heydər Əliyevə aid şeir,Heyder Eliyev  şeir,ulu öndər haqqında şeir,12 dekabr Heydər Əliyevin anım günü, Heydər Əliyevin anım gününə aid şeirlər,Heydər Əliyevin anım gününə aid şeir,Heydər Əliyevin anım günü haqqında şeir, 12 dekabr Heydər Əliyevin anım gününə aid şeirlər


Bənzər mövular:

Heydər Əliyevin Hikmətli Sözləri

Azərbaycana aid şeirlər

Vətən Haqqında Aforizmlər




>
To Top