-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Vətən Haqqında Aforizmlər

Sponsor 2


Vətən bu xalqın həm beşiyi, həm qidası, həm anası, həm də son mənzilidir.
Füyuzat jurnalı



Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən.
 - Abdulla Qurbani

Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun.
- Əbu Turxan

Vətən sevgisi pak, vətənpərvərlik isə uca mənəvi rütbədir.
- Füyuzat jurnalı

Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir.
- Siseron

Vətən sevgisi torpağa deyil, onun üstündəki insanlara qarşı duyulan sevgidir.
- Əbülfəz Elçibəy

 Vətənin sevməyən insan olmaz, Olsa, o şəxsdə vicdan olmaz.
- Abbas Səhhət

İnsan vətənini sevir, çünki hürriyyəti, firavanlığı, haqqı vətən sayəsində mövcuddur.
- Namiq Kamal

Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim.
 - Məmməd Araz

Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi.
- Şah İsmayıl Xətai
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

Birinci yerdə vətən və valideynlər, sonra uşaqlar və bütün ailə, daha sonra isə yerdə qalan qohumlar olmalıdır.
- Mark Tulli Siseron

Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.
- Mustafa Kamal Atatürk

İnsan nə qədər savadlı olsa, Vətəninə də bir o qədər lazımlı olar.
- A.S.Qriboyedov

Vətənini ən çox sevən, vəzifəsini ən yaxşı edəndir.
- Mustafa Kamal Atatürk

Vətəni şücaətinizlə şöhrətləndirin!
- Mixail Lomonosov

Çörək bol olarsa basılmaz Vətən.
- Səməd Vurğun

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək.
- Abbas Səhət

 Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir.
- Lev Tolstoy
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

 Əsl bəşəri məhəbbət olmadan əsl vətən məhəbbəti ola bilməz.
- Anatol Frans

Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.
- Nəriman Nərimanov

Elə cinayət var ki, bağışlanmır, bu, vətənə xəyanətdir.
- Bəhmənyar əl-Azərbaycani

 Vətənini rüsvay etmək, ona xəyanət etmək deməkdir.
- Viktor Hüqo
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim


Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birlikdə məhv olmalıyam.
-  Siseron

Şərəfli insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör.
- Denis Fonvizin

Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə.
- Səməd Vurğun

Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır.
-  Lyuk de Klapye Vovenarq

Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil! Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.
- Xudu Məmmədov

Dövlət nədir? Bəziləri onu vətənlə, başqaları qanunla, üçüncülər xəzinəylə, dördüncülər isə rəhbərliklə qarışdırırlar.
- Saltıkov-Şedrin

Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək bir qüvvə yoxdur.
- M.İ.Kalinin
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.
- Firudun Bəy Köçərli

Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib.
- Jan Jak Russo

Qanla alınan Vətən pulla satılmaz.
- Anonim
veten-haqqinda-aforizmler-vetene-aid-sozler-xalq-millet-ana-vetenim

Qılıncla alınan vətən pulla satılmaz.
- II Əbdülhəmid

Öz vətənindən üz döndərən adam öz vicdanından da üz döndərmiş olur.
- A.Qalan

Azadlıq ağacı, müəyyən aralıqlarla vəyənpərvərlərin və vətən xainlərinin qanlarıyla sulanmalıdır.
- Tomas Cefferson

 Yalnız güclü dövlət öz vətəndaşlarının azadlığını təmin edə bilər.
- Jan Jak Russo

Ticarətdə tamahkar ruh üçün nə vətən, nə hisslər, nə də prinsiplər var.
-Tomas Cefferson

Zənginlik qürbətdə Vətəndir, yoxsulluq Vətəndə qürbət.
- Əli ibn Abu Talib

Bir yoxsul qürbətdə şah olsa əgər
Hər axşam o Vətən deyib ah çəkər.
- Əssar Təbrizi

 Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir.
- Qay Krisp Sallyusti

Vətən azadlıq olmadan, azadlıq fəzilətsiz, fəzilət isə vətəndaşsız mövcud ola bilməz. Əgər siz vətəndaş yetişdirsəniz, tərbiyə etsəniz, o zaman sizin hər şeyiniz olacaq, əks təqdirdə hamı, hətta dövlət başçısı belə miskin bir kölə olacaq.
- Jan Jak Russo

Bastığın yerlərə torpaq deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət Vətəni.
- Mehmet Akif Ərsoy - İstiqlal Marşı
>
To Top