Ağıl, Mehribanlıq və Cəsarət.
Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir.
- Konfutsi
Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.
- Mark Tven
Mən tam dərk etmişəm ki, cəsarət - qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır.
- Nelson Mandela
Cəsarət, qorxunun yoxluğu deyil, qorxunun içindən gedib sizin üçün əhəmiyyətli olan məqsədi qovmaqdır.
- Robin Şarma
Cəsarət insan xarakterinin ən vacib xüsusiyyətlərindən biridir. Xarakterin digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir.
- Uinston Çörçill
Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir.
- Onore de Balzak
Cəsarət Haqqında Aforizmlər
Əgər bir adam həqiqətən yaşamaq istəyirsə, işləməsi və cəsarətli olması lazımdır.
- Vinsent van Qoq
Çox az adamın çatdığı uğurları əldə etmək üçün, çox az adamın cəsarət edə bildiyi şeyləri edin.
- Robin Şarma
Ardıycan gedə biləcək cəsarətiniz varsa, bütün arzularınız həyata keçə bilər.
- Uolt Disney
Mən bunu bacaracağam! Çünki mənim cəsarətim, istəyim və inancım var!
- The Company Men
Əgər hər hansı bir şeyi sınamaq üçün cəsarətimiz olmasa həyatımız necə olar?
- Vinsent van Qoq
Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur.
- Mövlana Cəlaləddin Rumi
Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir.
- Samuel Smayls
Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.
- Bencamin Franklin
Qazandıqlarımın hər birini cəsarətimə və çalışqanlığıma borcluyam.
- Napoleon Bonapart
Dünyada təqlid edilməyən tək şey cəsarətdir.
- Napoleon Bonapart
Cəsarət qüvvətlə birləşəndə biraz da artar.
- Aristotel
Cəsarət ağıldan gəlirsə cəsarətdir, bilgisizlikdən gəlirsə cəhalətdir.
- Mövlana Cəlaləddin Rumi
Cəsarətə Aid Sözlər
Sözdə cəsarətli olmaq asandır.
- Rabindranat Taqor
Uzaqdan cəsur olmaq asandır.
- Demosfen
Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.
- Andre Jid
Həqiqi cəsarət fəlakət vaxtı üzə çıxır.
- Volter
Sabah sözü uşaqlar ve cəsarətsiz adamlar üçün uydurulub....
Sevginin ilk əlaməti kişidə cəsarətsizlik, qadındasa cəsarətdir.
- Viktor Hüqo
Çətin olduğu üçün cəsarət edə bilmədiyimiz şeylər, əslində biz cəsarət edə bilmədiyimiz üçün çətindir.
- Ernesto Çe Gevara
Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.
- Paulo Koelyo
Hər kəsin başqası kimi olmağa çalışdığı bir dünyada, sən cəsarətlə və dürüstcə olduğun kimi ol.
- Anonim
Göründüyü və ya olduğu kimi olmaqdan qorxan adam cəsarətli deyildir.
- Edqar Allan Po
Mal itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itirmişdir.
- Yohann Volfqanq Höte
Bir saatlıq bir vaxtı belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını qavraya bilməmiş deməkdir.
- Çarlz Darvin
Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməməlidi. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət edə bilməməlidi .
- Qabriel Qarsia Markes
Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların Cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım.
- Kiçik İskəndər
İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər.
- Vissarion Belinski
Ən böyük acı, başqaları ilə paylaşmağa cəsarət edə bilmədiyin ağrıdır.
Cəsarətin ölçüsü ölmək deyil, yaşamaqdır.
- Vittorio Alfieri
Yaşamaq ölməkdən daha böyük bir cəsarət tələb edir.
- Çarlz Bukovski
Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur.
- Tomas Vilson
Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
- Heydər Əliyev
İgidlik cəsarət və iradədən doğur.
- Mişel de Monten
Əsgərdən ilk növbədə dözüm və səbir tələb olunur, cəsarət bundan sonra gəlir.
- Napoleon Bonapart
Əsl düşməndən sərhədsiz bir cəsarət qalar sizə.
- Frans Kafka
Həqiqətə qarşı cəsarət — fəlsəfə tədqiqatının birinci şərtidir.
- Georq Vilhelm Fridrix Hegel
Bağışlamaq, cəzalandırmaqdan daha cəsarətli bir addımdır. Zəif bağışlaya bilməz. Bağışlamaq güclüyə xas olan xüsusiyyətdir.
- Mahatma Qandi
İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.
- Oşo
Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar.
- Konfutsi
Sülhün bərqərar olması bütün güclülərdə insaf, gücsüzlərdə isə cəsarət olmalıdır.
- Rabindranat Taqor