İradən, bu həyatda sahib olduğun ən böyük gücdür.
(Bu həyatda sahib olduğun ən böyük güc, öz iradəndir.)
- Franz Kafka
Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır.
- Şekspir
İradəni tərbiyə et - bu, zehni qoruyan bir zirehdir.
- Abay Kunanbayev
Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir.
- Samuel Smayls
Güclü iradə insan üçün dəyərli keyfiyyətdir.
- Demokrit
Başqalarını bilən bilgili, özünü bilən kamildir.
Başqalarını idarə etmək qüvvət, özünü idarə etmək iradədir.
- Lao Tzu
İnsanı böyük vəya kiçik edən, onun öz iradəsidir.
- Fridrix Şiller
Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir.
- Mahatma Qandi
- Kəlilə və Dimnə
İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir.
- Nəsirəddin Tusi
Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir.
- Nəsirəddin Tusi
Səadəti məqsədimizdə, arzu və istəklərimizdə deyil, daha çox öz iradə və əzmimizdə axtarmaq lazımdır.
- Aristotel
İradəni inkişaf üçün etdirmək üçün ən uyğun zaman gənclik çağıdır.
- Con Lokk
İdeya iradə ilə birləşəndə gücə çevrilir.
- Əbu Turxan
İdeya əbədi, iradə isə sonludur.
- Əbu Turxan
İradəlilik - çox ecazkar şeydir. Onun vasitəsilə dağları yerindən oynatmaq mümkündür.
- Cek London
Çox vaxt əzm və iradə zəif ağlın daha güclü ağla qalib gəlməsinə kömək edir.
- Andre Berte
İradəli insan üçün heç bir şey çətin deyildir.
- Anonim
İradəli və səbirli insan məğlub olmaz.
- Moris Meterlink
Düşüncəsi, ürəyi, iradəsi bir olan-istədiyi zirvəni fəth eyləyər hər zaman.
- Abay Kunanbayev
İnam vicdanın iradə ilə razılaşmasıdır.
- Lev Tolstoy
Yalnız ağıl, elm, iradə, vicdan insanı yüksəldir. Başqa cür yüksəlməyin mümkün olduğunu yalnız axmaq adam düşünə bilər.
- Abay Kunanbayev
Bütün yaxşılıqlarımız və pisliklərimiz iradəmizin əsiridir.
- Epiktet
Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir.
- Abay Kunanbayev
İnsanın iradə və dözümünü çətin işlərdə yoxlamaq məsləhətdir.
- Con Friman
Dərd və çətinliklər insanın iradəsini möhkəmləndirir.
- Napoleon Bonapart
Zəfər iradədən ibarətdir.
- Napoleon Bonapart
İgidlik cəsarət və iradədən doğur.
- Mişel de Monten
Öz iradənin ağası, öz vicdanının qulu ol!
- Aristotel
Əgər insan Allahın iradəsinə tabedirsə, onda o, təbiətlə həmahəngdir.
- İmmanuel Kant.
Bəzən şəxs öz iradəsini könüllü olaraq təslim edir: buna səbəb ancaq məhəbbət ola bilər.
- Əbu Turxan
Kimə aşiq olmaq adamın iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
- Əbu Turxan
Əgər məhəbbətdə seçim iradə və ağılla olsaydı onda sevgi hissi və ehtiras olmazdı.
- Vissarion Belinski
Böyük iradə yalnız bir şeyi arzulayıb, ona nail olmağı bacarmaqdan ibarət deyil, həm də lazım gəldikdə özünü bir şeydən çəkindirməyi, məcbur etməyi bacarmaqdan ibarətdir.
- Anton Makarenko
İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər.
- Kəlilə və Dimn
İradəsi güclü insanlar, ən dözülməz durumlarda belə uğur qazanırlar.
- Con Milton
İki fərqli iradə növü var: xarici iradə – əməli, daxili iradə isə – düşüncəni. hərəkətə gətirir. Amma onlar nadir hallarda. bir yerdə (eyni adamda) olurlar.
- Əbu Turxan
Onu bilin mi, iradəniz dərmanlardan daha təsirlidir.
- Parasels
İnsanlarda güc deyil, iradə çatışmır.
- Viktor Hüqo
Bilik iradənin quludur.
- Əbu Turxan
Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir.
- Aristotel
Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır.
- Əbu Turxan
- Əbu Turxan
Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur.
- Viktor Hüqo
İradəsiz olma, iradəsizlər Ayaqsız qurd kimi yerdə sürünər.
- Nizami Gəncəvi
İradə zəif olanda, ağıl başqasının qulluqçusuna çevrilir.
- Əbu Turxan
Əsas özünə inanmaqdır. Ətrafdakıların fikri hər gün dəyişir.
- Will Smith
Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlıq göstəricidir.
- Sun Dzı
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.
- Şeyx Ədabali
Güclü ehtiraslar altında çox vaxt zəif iradə gizlənmiş olur.
- V.O. Klüçevski
Qorxu - iradənin zəifliyi nəticəsində yaranır.
- Benedikt Spinoza
İradə məhv edilə bilməz.
- Jak Lakan
Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz.
- Həzrəti Əli
Allahın iradəsini bilməkdən, ona itaət etməkdən sonrakı məqsəd Onun əl işlərinin sübutu olan müdriklik, qüdrət və yaxşılıq atrubutlarından nəyisə bilmək olmalıdır.
- Ceyms Preskott Coul
İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər.
- Cübran Xəlil Cübran
İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. - Tur Xander.
Zəif iradələr Güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir.
- Əbu Turxan
İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır.
- Əbu Turxan