-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

İstedad Haqqında Aforizmlər, İstedada Aid Sözlər

istedad-haqqinda-aforizmler-istedadli-istedadsiz-bacariq-dahi-dahilik-xeyal


Başqalarının çətinlik çəkdiyi şeyləri etmək istedad, istedadlı insanların qeyri-mümkün saydığı şeyləri etmək isə dahilikdir.
- Anri Frederik Amiyel

Çətinliklə üstün gəlmək həvəsi və imkanı istedadın xarakteridir.
- Nikolay Karamzin

İstedad ən mürəkkəb şeydə belə sadəlik tapır.

- Anonim


İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələlər qoyur. 
- Artur Şopenhauer

İstedadlı adamlar hamısı böyük iş görə bilərlər . Dahilik isə bu işlərin yönəldilməsində üzə çıxır.
-  Əbu Turxan.

Ağıl təkcə silah deməkdir, dahilik isə ilhamdır, istedaddır.
- Anonim

İstedad işə məhəbbət hissindən inkişaf edir və hətta ola bilər ki, mahiyyətcə istedad yalnız işə məhəbbətdir. 
- Maksim Qorki

Elə insanlar var ki,  onların qüsurları olmasaydı, istedadları da   heç vaxt üzə çıxmazdı.
- Vovenarq

İstedad sakitlik zamanı, xarakter isə yalnız həyat axınında yaranır.
- Yohann Volfqanq Höte

Xəyal canlandırır, ağıl müqayisə edir, zövq bəyənib seçir, istedad icra edir. 
- Qaston Levis

İstedad öz-özlüyündə rəngsizdir və yalnız tətbiq ediləndə rəng alır.

- Saltıkov-Şedrin

Tarixin çox maraqlı və qəribə həqiqətləri var. Onlarla nümunə göstərir ki, istedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir, ilk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür."[12]

- İsa Həbibbəyli

İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir; sadəcə İstedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur.

Xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır.

Qeyri-adi istedadın qeyri-adi zövqü olur. Bir müəllif digərini heç də həmişə paxıllıqdan kiçiltmir.
- Vovenarq

İstedada şəfqət göstərmək, onu anlamaq lazımdır.
- Fyodor Dostoyevski

İstedad olmadıqdan sonra insan sənətkar ola bilməz, amma öz üzərində işləmədikcə də istedad bir işə yaramaz.
- Emil Zolya

Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib.
- Edqar Allan Po

Əgər dünyaya istedadlı biri kimi gəlmisinizsə, bunu uğur kimi qiymətləndirməyiniz doğru deyil.
- Vudi Allen

İstedadlı adam istedadından istifadə etməyi bacardığını da sübuta yetirməlidir.
- Jül Renar

Adi insan vaxtını necə öldürməyin qayğısını çəkir, istedadlı insan isə vaxtdan istifadə etməyə çalışır.
- Artur Şopenhauer

Çox tez əldə olunmuş uğur həmişə keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir.
- Vovenarq

Müxtəsərlik istedadın bacısıdır.
- Anton Çexov

Doğruları danışmaq üçün insanda istedad olmalıdır.
- Tupak Şakur

İnsan yalana vərdiş etdikdə, ağıl və istedad onu tərk edir.
- B.Q.Belinski

Avaraçılıq ən böyük istedadı da məhv edir.
- Mişel Monten

Tərbiyəsiz istedad heyifdir, istedadsız tərbiyə isə mümkün deyildir. 
-  Sədi Şirazi

Bir çox istedadlı adamlar qorxaq olduqları üçün uğur qazana bilməyiblər.
- Sidney Smit

İstedadlı kor, istedadsız ağıllıdan daha yaxşı görür.
- Rəsul Həmzətov

Təbii istedad həmişə yaşıl qalar, əgər öz içində yetişən təkəbbür onu qurutmasa.
- Əbu Turxan

Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır.
- Uorren Baffet

İstedadsız adamlar, adətən, ən tələbkar tənqidçilərdir, özləri ən sadə şeyləri edə bilmədikləri halda başqalarından qeyri-mümkün şeyləri tələb edirlər.
- Vasili Klyuçevski

İstedadsız adam üçün dahinin də ölməz olmaması ən böyük təskinlikdir.
- İohann Volfqanq Höte.

Yalnız ağıl və idrakın hökmünə tabe edilən istedad, həqiqətən gözəl əsərlər yarada bilər. 
- Bualo

İstəkləriniz, içinizdəki istedadın bir elçisidir.
- Höte

Bir insanın dəyəri, sahib olduğu istedada görə deyil, ondan necə istifadə etdiyinə əsasən müəyyən edilməlidir.
- Fransua de Laroşfuko

İnsan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar.
- Rene Dekart

Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı admadan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz.
- Baltazar Qrasian

Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir.
- Nəsirəddin Tusi

Türk millətinin istedadı və qəti qərarı Mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir.
- Mustafa Kamal Atatürk

Dahiliyin imitasiyası üçün də istedad lazımdır.
- Tur Xander

Poeziya hər bir istedadın daxili alovudur.
- Fyodor Dostoyevski

İstedadsız yazıçı axsaq əsgər kimidir.
- Fyodor Dostoyevski

Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısansa, tarix, zaman, gələcək nəsillər səni bağışlaya bilərlər. Lakin sən xalqın sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən möcüzə, imdad gözləmə.
- İlyas Əfəndiyev

Harada incəsənət, istedad varsa, orada nə qocalıq, nə yalqızılıq, nə də xəstəlik yoxdur, ölümün özü isə yarıbayarıdır...
- Anton Çexov

Görkəmli imperator (sərkərdə) dörd istedada malik olmalıdır: hərbi işi bilməyə, şücaətə, nüfuza və uğur qazanmağa.
- Mark Tulli Siseron

Dövləti maliyyə qıtlığı deyil, istedadlı şəxsiyyətlərin azlığı zəif salır.
( Dövləti zəif edən amil pulun azlığı yox, istedadların azlığıdır.)
- Volter


>
To Top