-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Səbəb Haqqında Aforizmlər, Səbəbə Aid Sözlər

derd-yasamaq-sebeb-heyat-umid-guc-veren-sozler-heyata-aid

Yaşanan hər şeyin bir səbəbi vardır. - Qabriel Qarsia Markes


Yaşamaq üçün bir səbəbi olan hər kəs hər dərdin öhtəsindən gələ bilər.

- Fridrix Nitsşe 


Ayın gecəyə səbir etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbir etməsi də onun gözəl ətirli olmasına səbəb olur.

- Mövlana Cəlaləddin Rumi


Çətinliyə dözmək üçün min metod axtarmaqdansa, nəyə görə dözəcəyinə bir səbəb tapmaq daha yaxşıdır. 

- Rövşən Abdullaoğlu


Həyatdan gileylənməyimizə səbəb qarşılaşdığımız çətinliklərin böyüklüyü deyil, gücümüzün azlığıdır.

- Tomas Kornell


Kasıblıq igidliyə səbəb olur.

- Seneka


Xeyirxahlığa səbəb varsa, o, artıq xeyirxahlıq deyil. Nəticə və mükafatı varsa, o, yenə xeyirxahlıq deyil.

- Lev Tolstoy


Sevgiyə səbəb gözəllik deyil, əksinə, sevgi bizi gözəlliyi görməyə məcbur edir.

- Lev Tolstoy


Təsadüfi heç nə olmur, hər şeyin bir başlanğıc səbəbi var.

- Ziqmund Feud 


  Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davranma.

- Elif Şafaq


Anasının şüphəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi uğura səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır.

- Sigmund Freud


Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.

- Can Yücəl 


Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır.

- Lorens Darrel 


Hər şeyinlə sevərsən, bütün gücünlə bəlkə, amma yenə itirərsən. Səbəb mi ? Çünki hər ' sevirəm' deyəni adam bilərsən. 

- Bob Marli.


Qısa müddətli ayrılıq eşqin möhkəmlənməsinə, uzun sürən ayrılıq isə onun məhvinə səbəb olur. 

- Onore Mirabo


Kişi və qadınlar iki səbəbdən darıxırlar: Uzunmüddətli görüşməzsələr və uzunmüddət görüşərlərsə.

- Bencamin Franklin


Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ; Gülüşünüzün ardındakı kədəri. Qəzəbinizin ardındakı sevgini. Səssizliyinizin ardındakı səbəbi ...

- Anonim 


Birinə gününün necə keçdiyini soruşanda, bunu soruşmağının Səbəbi öz gününü danışmaq istəməyindir. Birinə aşiq olmağının Səbəbi, onun sənə aşiq olmasını istəməyindi.

- Çak Palanik


İnsanın davranışını müşahidə edin, əməllərinin səbəbini dərk edin,onun asudə vaxtında ona baxın. O halda, bu insan sizin üçün sirr olaraq qalacaqmı?

- Konfutsi


Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa Səbəbdir.

- Məhəmməd Peyğəmbər


 Bütün hallarda rəzilətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik səhvlərə göz yummamalı, onların təkrarına qətiyyən yol verməməlidir, çünki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar.

- Nəsirəddin Tusi


 Qorxu - bir fəlakətin baş verməsinə bilavasitə səbəb olmasa da, şübhəsiz, fəlakətdən törənən nəticələrin daha da genişlənməsində və gərginləşməsində həddindən artıq təsirli olur.

- Şeyx Məhəmməd Xiyabani


Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır. 

- Bencamin Franklin


Bütün bir gecəni yuxusuz keçirməyinə Səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan.

- Murathan Mungan


Əgər qadın xəyanət edirsə, məntiqli Səbəb axtarmaq lazım deyil. İş məntiqdə deyil, demək ki, hisslərdədir.

Koko Şanel


Şəhvətpərəstlik şəhvətə, şəhvət isə qəddarlığa səbəb olur.

- Fyodor Dostoyevski


Yıxıldığın yeri lənətləmək əvəzinə, sən aşkar etməyə çalışmalısan ki, ümumiyyətlə yıxılmağının Səbəbi nədir.

- Paulo Koelyo 


Əgər bir problemin həlli varsa, edilə biləcək şeylər hələ tükənməyibsə, onda narahat olmaq üçün səbəb yoxdur. Əgər həll yoxdursa, bu zaman da narahat olmağın bir faydası yoxdur. Yəni, narahatlığın heç bir halda faydası yoxdur.

- Tenzin Gyatso


 Bədbəxtliyin səbəbini başqa yerdə deyil, özümüzdə axtarmalıyıq.

- Anatol Frans


Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər.

- Bob Marli 


 Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır.

- Onore de Balzak


Bütün hallarda unutmağın əsas səbəbi istəməməkdir.

- Sigmund Freud


 Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır.

- Viktor Hüqo


Hər hansı birinin səndən nifrət etməsinin əsl səbəbi; sənin kimi olmaq istədiyi halda əsla sənin kimi ola bilməyəcəyini bilməsidir.

- Viktor Hüqo 


Kim çox səbəb söyləyirsə, o çox yalan danışır.

- Rus Atalar Sözü 


Qorxu qəzəb yaradar. Qəzəb nifrət yaradar. Nifrət isə uğursuzluğa səbəb olar.

- Star Wars 


Kifayət qədər səy göstərməmək uğursuzluğa səbəb olar.

- Çanakya 


Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.

- Konfutsi


Uğurun iki səbəbi var: səbr və ümid.

- Aleksandr Düma


 Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur.

- Mark Tven


Həyatda mövcud uğursuzluqların səbəbi; bacaracaqları halda, uğura az qalmış bir zamanda istəklərindən imtina edən insanlardır.

- Anonim 


Bəzi məğlubiyyətlərin Səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir.

- Anonim 


Cürət edə bilməməyimizin Səbəbi işlərin çətinliyi deyil. Sadəcə, cürət edə bilmədiyimiz üçün işlər çətin olur.

- Kiçik Seneka 


Göydən qızıl yağsa insanın Arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır.

- Quatama Budda 


Bəzən şəxs öz iradəsini könüllü olaraq təslim edir: buna səbəb ancaq məhəbbət ola bilər.

- Əbu Turxan


Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir.

- Konfutsi 


Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç bir zaman anlaya bilməz. 

- Blez Paskal


Nə vaxtsa olduğun və hələ də daxilində mövcud olan uşağın səsinə qulmaq asmaq lazımdır. O, sehirli anlara çatmağa Səbəb olur. Bəli, biz onun hönkürtüsünü kəsə bilərik, amma onun səsini boğmaq - əsla.

- Paulo Koelyo


Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur.

- Məhəmməd Qazali


Fəlsəfənin səbəbi və başlanğıcı bilgisizlikdir.

- Mark Tulli Siseron


Fəlsəfənin cavabsız qoyduğu sualların Səbəbi odur ki,onların qoyulma tərzi başqa cür olmalı idi.

- Georq Vilhelm Fridrix Hegel


Bəzən bir dəqiqəlik həzz ömürlük iztirabların səbəbi olur.

 - Viland


Xurafatın yaranmasına, yayılmasına və himayə edilməsinə səbəb qorxudur.

- Benedikt Spinoza


Hökmdar sərvət, birələr xəstə heyvan, alçaqlar dava üçün səbəb, yaxşı insanlar isə sülh axtarır.

- Çanakya 


Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və Səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur.

- Əbdülqədir Geylani


Böyük insanın faciəsinin səbəbi onun yaşadığı mühitin qəliblərinə sığmamasındadır. Əslində bu, ictimai mühitin, cəmiyyətin faciəsidir. Amma bu faciəni ancaq duya bilənlər yaşayırlar.

- Əbu Turxan


Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq!

- Hüseyn Cavid 


İnsanlar sevilmək üçün, əşyalar isə istifadə edilmək üçün yaradılıb. Dünyadakı xaosun səbəbi; əşyaların sevilməsi, əşyaların isə istifadə edilməsidir.

- Cəmil Meriç 


>
To Top