-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Güc Haqqında Aforizmlər, Gücə Aid Sözlər

Bilik güc, güc isə bilikdir.

- Frensis Bekon


İnanc həyatın gücüdür.

- Yohann Volfqanq Höte


Biri tərəfindən dərindən sevilmək bizə güc verir, birini dərindən sevmək isə cəsarət verir.

- Lao Tszı

sevilmek-cesaret-sevgi-guc-haqqinda-aforizmler-guclu-olmaq-gucsuz


Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir.

- Konfutsi


Güclü olmaq səni xoşbəxt etməyə bilər ancaq xoşbəxt olmaq səni güclü edəcək.


Güclü o şəxs deyil ki başqalarına güc ilə qalib gəlir, güclü o şəxsdir ki qəzəbləndiyi zaman özünə nəzarət etsin.

-  Səhih Əl-Buxari 


Özünü idarə etsən dünyanı idarə edəcək gücü tapa bilərsən.

 - Platon


Özünü ələ almağı bacaran insan hamıdan Güclüdür.

- Kiçik Seneka


İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir.

 - Oşo 


Sevinc və sağlamlığın yanında güc də olmalıdır.

- Ralf Uold Emerson


Uğursuzluqlar güclülərə daha da güc verir.

- A.S.Exupery


Qorxu üzərində qələbə bizə güc verir.

- Viktor Hüqo


Güc fiziki vəziyyətdən yox, boyun əyməyən iradədən gəlir. 

- Mahatma Qandi


Səbir və zaman Güc və ehtirasdan daha böyük işlər görür.



Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. 

- F.Dzerjinskiy


Güc kişiyə, gözəllik qadına verilir; Amma hər şeyi məğlub edən güc, bir tək gözəlliyə məğlub olur.

- Yılmaz Ərdoğan


Qadın sevəndə hamıdan zəif,   seviləndə hamıdan güclü olur. 

-   Erix Osterfeld


Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən.

- Volter 


 Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir. 

-Fyodor Dostoyevski


Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.

- Aristotel


Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən.

 - Murathan Mungan


Məni öldürməyən hər şey, məni daha güclü edir.

- Fridrix Nitsşe


Güc və etibarı həmişə xaricimdə axtardım. Amma bunlar insanın içindən gəlir. Və hər vaxt oradadırlar.

 - Ziqmund Freyd


Zəif nöqtələrinizdən güclü cəhətləriniz yaranacaqdır.

- Ziqmund Freyd


Zavallı olmaq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır. 

- Əbu Turxan


Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən önəmli özəlliyidir, davamlı öyrənmə, sarsıntılı anları geridə qoyaraq həyatda qalmağın ən əsas yollarından biridir.

- Robin Şarma


Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlik gücsüzlük deməkdir.

 - Deni Didro


Bilik sizə güc verər, ancaq hörməti xarakterinizlə qazanarsınız.

- Brüs Li


Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir.

 - Əbu Turxan.


Təbiətlə ünsiyyət vücudumu və ağılımı gücləndirdi.

- Nikola Tesla


Elmli olan güclü olar.

- Əbülqasım Firdovsi


Bu əsrin gücü sərvətdir. 

- Oskar Uayld


Dünyada iki güc mövcuddur: dollar və ədəbiyyat.

- Mixail Bulqakov


Nitq - heyranedici güclü vasitədir.Ondan istifadə etmək üçün ağıllı olmaq lazımdır. 

- Georq Vilhelm Fridrix Hegel.


Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.

- Konfutsi


Söz gücsüz olduğu yerdə musiqi başlayır.

 - Vaqner


İdeyalar da canlı varlıqlara bənzəyir: onlar da doğulur, böyüyür, güc toplayır, digər ideyalarla toqquşur və sonda məhv olurlar. 


Zamanı çatan bir fikrin Gücünə heç ordu da tab gətirə bilməz.


Fikrin Gücündən də üstün bir Güc – sevginin Gücüdür.

- Əmin ər-Reyhani 


Fəlsəfə əqlin gücü ilə sonsuzluğu ehtiva etmək cəhdidir. 

- Əbu Turxan


Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur...

-  Artur Şopenhauer



Həyasızlıq, zəif insanın güclü görünmə təqlididir.

- Erik Hoffler


Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək.

 - Özdəmir Asaf


Bağışlamaq, cəzalandırmaqdan daha cəsarətli bir addımdır. Zəif bağışlaya bilməz. Bağışlamaq güclüyə xas olan xüsusiyyətdir.

- Mahatma Qandi


Ən güclü insan da mühitin təsirlərinə məruz qalır.

- Əbu Turxan.


Zəif iradələr Güclü iradənin təsir dairəsinə düşəndə tərksilah olur və insan öz simasını itirir.

- Əbu Turxan


Silah zəiflə Güclü arasında fərqi aradan götürür.

- Əbu Turxan


Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar. 

- Avraam Linkoln


Böyük güc böyük məsuliyyət gətirər. 

- Benjamin Parker


Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr. 

- Bernar Verber.


Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin.

- Avraam Linkoln


 Güc qaranlıqda qorxunc görünür ; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. 

- Əbu Turxan


Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur; əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir. 

- Viktor Hüqo


Qanunlar hörümçək toruna bənzəyir: zəiflər bu torda ilişib qalır, güclülər isə toru yırtıb çıxılar.  

- Solon


Qanun güclüdür, ehtiyacsa ondan da güclü.

 - İohann Volfqanq Höte


İdeyalar kütləni ələ alanda gücə çevrilir.

 - Vladimir İliç Lenin.


Ruhlar Güclü olanda idarə edir, zəif olanda isə onları başqaları yönəldir.

- Xəlil Cübran


Güclü ehtiraslar altında çox vaxt zəif iradə gizlənmiş olur.


Yalnız zəiflər cinayət edir. Güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.

- Volter 


Zəiflərin faciəsi üçün güclülər məsuliyyət daşıyır. 

- Əbu Turxan


Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür.

- Nəriman Nərimanov


Gücsüz xalqlar Güclü liderlər çıxarır, Güclü xalqlarınsa liderə ehtiyacı yoxdur..

- Emiliano Zapata


Hər kəsin haqqı gücü qədərdir. Hər kəsin haqqı gücü qədərdir.

-  Benedikt Spinoza 


Kim güclüdürsə, o, haqlıdır fəlsəfəsi ilə kim haqlıdırsa, o, güclüdür fəlsəfəsi iki əks qütbdür. Gerçək həyat bu qütblərin arasındadır. 

- Əbu Turxan


Fikirlər silahlardan daha güclüdür. Biz düşmənlərimizin silah sahibi olmalarına icazə vermədik, niyə fikir sahibi olmalarına icazə verək ki.

- İosif Stalin 


Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir.

- Blez Paskal


Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma!

Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun.

- Xaqani Şirvani


Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz.

- Volter


Gerçəyin gücü ilə yaşadığın müddətcə, kainatı belə fəth edə bilərsən.

- V for Vendetta 

>
To Top