Ürəyi gözəl insanların ürəyində olmaq gözəldir...
- Anonim
Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar.
- Nizami Gəncəvi
Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
- Mövlana
Ürək hisslərlə dolu olanda söhbət də maraqlı olur.
- Vovenarq.
Hər ürək öz nəğməsini söylər.
- Maksim Qorki
Təki sən həmişə gül...
Gül ki, ürəyinin gözəlliyi gülüşlərində görünsün...
- Anonim
Ürəyində sevgi və mərhəmət də olanın ,
Dili də, üzü də, gülüşü də gözəl olar.
- Anonim
Ürəyində sevgi və mərhəmət yoxdursa digər şeylərdən danışmağın da bir mənası yoxdur.
- Nürhan Işkın
Bir uşağı tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır.
- Deni Didro
Kişi evin beyni, qadın isə ürəyidir.
- Volter
Ürəkmi insana sev deyən, yoxsa təklikmi?
- Şəms Təbrizi
Sevgi bir vergidir Allahdan gələn.
Uduzmaz heç zaman ürəkdən sevən.
Dünyanın ən gözəl ritmi, onun sənin üçün döyünən ürəyidir.
- Bob Marli
Ürəyimiz dəyərini bilənə əmanət...
- Mövlana
Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ.
- Can Yücəl
SEVGI cana can qatmaq,sevgi zamansız var olmaqdır.
SEVGI ölmək, ya da öldürmək deyil, yaşamaq ve yaratnaqdır.
SEVGİ dəyər və ürəkdir bilənə, yaşayana və yaşadana...
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu.
- Jan Pol Sartr
Hər ürək sevə bilsəydi əgər, ayrılıq heç olmazdı. Hər sevən ürəkli olsaydı onsuz da 'eşq' bu qədər sadə olmazdı!
- Can Yücəl
Uğrunda fədakarlıq etməyəcəyin sevgini, ürəyində daşıyıb da özünə yük etmə!
- Can Yücəl
Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.
- Xalid Hüseyni
Sevgi ağac kimidir; o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və hətta bizim ürəyimizin dağıntıları üzərində çiçəklənməkdə davam edir.
- Viktor Hüqo
Kimisi gözəlim deyər sevdiyinə kimisi də özəlim. Amma sevgi nə gözəllik istər, nə də özəllik.
Sevgi sadəcə ürək istər!
Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz gözəllik ürək üçün yox, ancaq göz üçündür.
- Vissarion Belinski.
Gözəl qadın gözlər üçün cənnət, ürək üçün cəhənnəm, ciblər üçün təmizlikdir.
- Fontenel
Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.
- Fyodor Dostoyevski
Yalnız olmaq, yanlış yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.
- Çarlz Bukovski
Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.
- S.Bodler
Cəsarət ürəkdən gəlirsə cəsarətdir, bilgisizlikdən gəlirsə cəhalətdir.
Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.
- Çarlz Bukovski
Danışsam dilim yanar, sussam ürəyim.
Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı.
-Nazim Hikmət
Böyük ürəklərə görə uzaqdakılar daim yaxındır.
- Maksim Qorki
Dünya nəfslərin, axirət ürəklərin, Allah isə sirlərin sevgilisidir.
- Əbdülqədir Gilani
İnsan Allaha ürəyiylə ibadət edər.
- Əbdülqədir Gilani
Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır.
-Leopold Şefer
İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
- Mövlana Cəlaləddin Rumi
Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər kədərliykən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxt olduqda yox, kədərli olduqda anlar.
- Anton Çexov
Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar.
- Qabriel Qarsia Markes
Elm beyini, sənət ürəyi, din ruhu qidalandırır.
- Əbu Turxan
Nursuz göz kimidir elmsiz ürək.
- Marağalı Əvhədi
Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!...
- Cübran
Həqiqi dahi o adamdır ki, ürəyi hamı üçün döyünür.
- Romen Rollan
Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən ali düşüncələrdi
- Mişel de Monten
Ürəksiz yaranan hansı bir əsər Yadigar qalmışdır sabahkı günə.
- Səməd Vurğun
Nə qəribədir ki, cəmiyyət olaraq ağlı yavaş olana deyil də, ayağı yavaş olana, ürəyi kor olana deyil də gözü kor olana yazığımız gəlir.
- Cübran
Qəribədir: kiçik zəkaya sahib böyük ürəkli insanlar, böyük zəkaya sahib ürəysiz insanların quluna çevrilir.
- Səbuhi Quluzadə
Parçaları itmiş "puzzle" kimidir artıq insanlar. Kiminin ruhu, kiminin beyni və bir çoxunun bir ürəyi yoxdur.
- Çak Palanik
Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
- Viktor Hüqo
Mükəmməl bir həyat istəmirəm.
Dürüst insanlar, səmimi Salamlar, ürəkdən gülümsəmələr olsun yetər.
- Ezgin Kılıç