Sponsor 2
Trend Mövzular
İnam yerlə göy arasında körpüdür
İnanc həyatın gücüdür.
- Yohann Volfqanq Höte
Ümid inamın təməlidir.
- Cek London
Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir.
- Anri Barbüs
İnancın üç günü vardır: gəlib-keçmiş olan dünəni, nəqd olan bu günü və Xəyal olan sabahı.
- Rövşən Abdullaoğlu
İnam vicdanın iradə ilə razılaşmasıdır.
- Lev Tolstoy
Əgər insan inamla xəyallarının ardıyca getsə, heç gözləmədiyi bir uğura nail olar.
- Dead Poets Society filmi
Nə qədər ki, biz öz işimizə inanırıq, qələbəyə əzmimiz sarsılmazdır, qələbəni bizdən ala bilməzlər.
- Uinston Çörçill
Ruhun dəyanəti heç nə ilə müqayisə edilməyən bir bəxşişdir. Kimdə bu varsa və bu dəyanət böyük inam və ümidlə birləşərsə, o bəxtiyardır.
- Aristotel
İnsanlar həqiqətə deyil, həqiqət kimi görünən şeylərə inanırlar.
- Platon
Kim özünə özü qədər inana biləcək dost tapa bilərsə, o, özünü dünyanın bütün xəzinələrinin sahibi hesab edə bilər.
- Sokrat
Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlıq göstəricidir.
- Sun Dzı
Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
- Ömər Xəyyam
Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
- İbn Sina
Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin.
- Oskar Uayld
Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz.
- Abbasqulu ağa Bakıxanov
Sən yağ-bal içində üzərkən qardaşlıqdan, dostluqdan dəm vuranlar çox da inanma, əsl dost o adamdır ki, sənin ağır vaxtlarında, ehtiyac məqamlarında kömək əlini uzatsın.
- Sədi Şirazi
Hər zaman inamsızlıq göstərmək, hər zaman inanmaq kimi yalnışdır.
- Y.V.Höte
Heç kimə və heç nəyə inanmayan adam bədbəxtdir.
İnsanı yaxşı tanıtmaq istəsən, heç kəsi inandıra bilməzsən, yox, əgər pisləsən, hər kəsi inandırarsan.
C. Dreper
Bir dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq.
- Sokrat
Yanındakının dəyərini bilməyən, ona nankorluq edəndən xeyir gəlməz. Onun sözünə və andına inanmaq olmaz.
- Sədi Şirazi
Bir gün səni unutmaq məcburiyyətində qalsam, eşqimin kiçikliyinə yox, çarəsizliyimin böyüklüyünə inan.
- Attila İlhan
Qəribə deyilmi? Birini çox sevdiyinizdə; söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.
- Ziqmund Freyd
Sevmədən evlənmək, inanmadan ibadət etmək qədər alçaqlıqdır.
- Anton Çexov
Zamanla anlar ki insan zaman deyilmiş gedəni geri getircek olan. Çünki bəlkə də zaman, inanılan ən böyük yalan.
- Paulo Koelyo
Söhbəti ağıl yox, qarşılıqlı inam canlı edir.
- Fransua de Laroşfuko
Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək.
- Aleksandr Pop
Özünüzə inamınızı qırmaq istəyən insanlardan uzaq olun. Bu, yalnız kiçik adama xas xüsusiyyətdir. Böyük insan isə, əksinə, təqdurpqs etmək istəyəcək ki, siz də böyük işlər görə bilərsiniz.
- Mark Tven
Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşa bilmədiyinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər.
- Albert Eynşteyn
Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir.
- İsaak Nyuton
Gördüklərim, görmədiyimin varlığına inanmağa məcbur edir.
- Ralf Uold Emerson
Kamilin imamı ilə cahilin inamı bir deyildir.
Biri bilgidən, digəri bilgisizilikdən bəslənir.
- Səbuhi Quluzadə
Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə.
- Avraam Linkoln
Yalanlamaq və rədd etmək üçün oxuma.
İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma.
Sadəcə olaraq, danışmaq və
nitq söyləmək üçün də oxuma.
Ölçmək, müqayisə etmək və
düşünmək üçün oxu.